Separatçıları Xankəndidə narahatedən məsələ...
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan erməni separatçılarının başçısı Araik Arutyunyan "parlament" qüvvələrinin iştirakı ilə aprelin 13-də təcili iclas keçirib.
Versus.az yerli mediaya istinadla xəbər verir ki, görüş Qarabağda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin xahişi ilə keçirilib.
“Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 13-də Ermənistan Milli Assambleyasında Qarabağın statusunun aşağı salınması ilə bağlı bəyanatı ciddi narahatlıqlara səbəb olub”, - deyə, məlumatda deyilir.
“Bizim cəmiyyətimiz çox aydın tələblər irəli sürür, biz onları maraqlı və hərtərəfli müzakirələr təşkil etməklə yerinə yetirməliyik”, - deyə Qarabağ separatçılarının başçısı bildirib.
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi