Türkiyənin İraqın şimalına hücumunun pərdəarxası

13:10 18-04-2022 | icon 386 | Dünya
Türkiyənin İraqın şimalına hücumunun pərdəarxası

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Qıfıl" (Pençe Kilit) əməliyyatına başlayıb. Hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki PKK terror təşkilatına məxsus obyektlərə havadan və qurudan zərbələr endirilib. Türkiyə milli müdafiə naziri Hulusi Akar birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunduğunu açıqlayıb.

 

 

Politoloq Turan Rzayev "Pəncə-Qıfıl" əməliyyatı ilə bağlı versus.az -a şərh verərək bildirib ki, Türkiyənin Şimali İraqda başlatdığı bu əməliyyat ilk deyil.  Politoloq bildirib ki, rəsmi Ankara PKK terorçuları ilə mübarizə fonunda 1984-cü ildən bu günə qədər Şimali İraqda 10-dan artıq hərbi əməliyyat keçirib.

 

 

"2015-ci ildəki “Şəhid Yalçın”, “Xəndək”, 2018-ci ildəki “Qərarlılıq hərəkatı”, 2019-cu ildən bu günə qədər davam edən “Pəncə hərəkatı” bunlara misal ola bilər. Türkiyənin Şimali İraqda başlatdığı "Pəncə-Qıfıl" əməliyyatı beynəlxalq hüquqa tam uyğundur. Belə ki, Türkiyə BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq Şimali İraqda hərbi əməliyyatlara başlayıb. Nizamnamənin 51-ci maddəsində açıqca göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən an hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin özünümüdafiə hüququ var. Misal üçün, 11 sentyabr hadisələrindən sonra "Əl-Qaidə" təşkilatını və "Taliban" rejmini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. Bu nöqteyi-nəzərdən Türkiyənin Şimali İraqda başlatdığı "Pəncə-Qıfıl" əməliyyatı beynəlxalq hüquqla ziddiyyət təşkil etmir".

 

Politoloq hesab edir ki, Türkiyə indiki məqamda "Pəncə-Qıfıl" əməliyyatına başlamağa məcbur idi. Çünki istər Ermənistan ilə Azərbaycan arasında baş verən 44 günlük müharibə və sonrakı proseslər, istərsə də hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Türkiyənin diqqətinin bu proseslərə yönəldiyi eyforiyasını yaratmışdı.

"Rəsmi Ankaranın diqqətinin başqa regionlara yayındığını düşünən qüvvələr, başda PKK olmaqla digər terror təşkilatlarını yenidən diriltmək, Türkiyə əleyhinə istifadə etmək istəyir. PKK-nın əsas bazası hər zaman Şimali İraq olub. Türkiyə son olaraq "Pəncə əməliyyatı" ilə PKK-ya ağır zərbə vursa da, görünür terror təşkilatı yenidən özünə gəlməyə çalışır. Odur ki, Türkiyə PKK-nın yenidən güclənməsinin qarşısını almaq məqsədilə "Pəncə-Qıfıl" əməliyyatına başlayıb. Rəsmi Ankara bu hərbi əməliyyatla terrorun nə Türkiyə, də nə də Türkiyəyə potensial təhlükə yaradacaq ölkələrdə yenidən təşkilatlanmasına icazə verməyəcəyi mesajını vermiş oldu. Bu həm də həmin terror təşkilatlarını maliyyələşdirən qüvvələrə ciddi mesajdır".

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...