Ağdamda növbəti mərhələdə görüləcək İŞLƏR

19:36 22-04-2022 | icon 549 | Qarabağ
Ağdamda növbəti mərhələdə görüləcək İŞLƏR

Ağdam şəhərinin Baş Planı təsdiq olunub və ictimaiyyətə təqdim olunub.

 

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

 

O bildirib ki, elə o dövrdən, yəni 2021-ci il mayın 28-dən etibarən bu proseslər geniş vüsət alıb:

 

“Minatəmizləmə fəaliyyəti çətin də olsa, çox sürətlə həyata keçirildi. Artıq bir neçə dəhliz açılıb və həmin dəhlizlərdən istifadə edərək əsas baza infrastrukturu çəkilməkdədir. Bu ilin sonunadək yekunlaşması gözlənilir. Bərdə-Ağdam yolu qrafikə görə gələn il yekunlaşmalıdır. Amma biz hesab edirik ki, bu ilin sonuna qədər də yekunlaşa bilər. Bunun üçün əlimizdən gələni edirik”.

 

Emin Hüseynovun sözlərinə görə, artıq Ağdam şəhərinə elektrik xətti çəkilib, “Ağdam-1”, “Ağdam-2” yarımstansiyaları tikilib və Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib:

 

“Hazırda rayona magistral qaz xəttinin və su xəttinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşır. Birinci rübün yekunlarına həsr olunmuş müşavirədə cənab Prezidentin qeyd etdiyi kimi, bu il ərzində əsas su anbarı olan Xaçınçay su anbarı, Ağdamkənd su anbarı və onlardan çıxan kanalların bərpası ilə bağlı layihələndirmə işləri artıq yekunlaşma mərhələsindədir. Onların bərpası işləri üçün tenderlər elan olunacaq və bu işlərə başlanılacaq. Yəni artıq baza infrastrukturu ilə bağlı əsas işlər yekunlaşmaq üzrədir və sosial infrastrukturun tikintisinə başlanılıb. Eyni zamanda, həm 1 nömrəli məktəbin, həm xəstəxananın, həm yaşayış binasının həm də sənaye parkının tikintisi başlanıb. Bundan başqa, tarixi-mədəni obyektlərin, İmarət Kompleksinin, Qiyaslı məscidi, Cümə məscidinin restavrasiyasına da başlanılıb. Növbəti mərhələdə artıq biz şəhərin mərkəzi hissəsinin, bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq. Bu da bizi Böyük Qayıdış mərhələsinə bir qədər də yaxınlaşdıracaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI