“Heç bir erməni soyqırımı olmayıb..." - MÜSAHİBƏ

12:07 23-04-2022 | icon 492 | Siyasət
“Heç bir erməni soyqırımı olmayıb..." - MÜSAHİBƏ

Qabil Hüseynli: "... ermənilər 2 milyondan çox azərbaycanlını qanına qəldən eləmişdi, bəs niyə deyilmir...”

 

Ermənilərin “erməni soyqırım” iddiası ikilistandartlı beynəlxalq münasibətlərin kor zehniyyəti üzündən davam edir. Tarix boyu azərbaycanlılara, türklərə qarşı soyqırımlar törədən erməni cinayətkarları nəinki beynəlxalq hüquqa əsaslanaraq  mühakimə edilir, əksinə onların növbəti soyqırımlar törətmələri üçün imkanlar yaradılıb. Bu gün ermənilərin törətdiyi Xocalı soyqırımının izləri hələ silinməyib...

 

Əvəzində isə öz məkirlərini gizlətmək istəyən erməni qatilləri, Türkiyəyə qarşı təzminat davası açmaq iddiası ilə öz düşmən mövqeyini qazandırmaq üçün ortaya bir uydurma “erməni soyqırımı” iddiası atmaqdan çəkinmir. Əsrlərdir bu iddianın təsdiq olunması üçün çabalayan Ermənistan və onun dünyadakı lobbisi bir çox hallarda bəzi dövlətlərə “soyqırım” sözünü dedirdə bilib. Bəs, Azərbaycana qarşı ermənilərin törətdikləri vəhşiliklərin, soyqırımların, qətliamların cavabını kim verməlidir? Niyə dünyanın bəzi gücləri bu gün ortada olan erməni vandallığına susur, amma yalan, uydurma "Erməni soyqırımı" sözünü işlədirlər?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən tarixçi-professor Qabil Hüseynli Osmanlı Türkiyəsinə qarşı ermənilərin tarix boyu yürütdüyü “soyqırım” iddialarının uydurma olması ilə bağlı faktlara diqqət çəkib.

 

- ...Osmanlı imperatoru Şərqi Anadoluya 400 min nəfər erməni köçürmüşdü. Amma ruslar Türkiyəyə hücuma keçəndə 400 erməni rusların şöbələri kimi onlara qoşulub silahlandılar.  Sonra Rusiyada fevral burja demokratik inqilabı baş verdi.  Ruslar tələm-tələsik silahlarını ermənilərə verərək,  əraziləri tərk etdilər. Bundan sonra imperator erməniləri həmin ərazilərdən imperiyanın uzaq əyalətinə köçürülməsinə dair göstəriş verdi.  Eyni zamanda əmr elədi ki, bir erməninin burnu qanamayacaq.  Belə də oldu, ermənilərin təxminən 80 faizindən çoxu vaqonlarla-dəmir yolu, hardasa 120-130 min nəfəri at, öküz arabalarında daşındılar.  Daşınan bu ermənilər  yol boyu meşələrdə, yollarda quldurluq edən eşkiya dəstələri tərəfindən soyuldu.  O zaman ermənilər zəngin yaşayırdılar. Əsasən zərgərlik işləri ilə məşğul olurdular.  Qadınların çoxunun qolunda, boyunlarında qızıldan düzəldilmiş bəzək əşyaları var idi.  Yolda ölən ermənilərin böyük hissəsi bu quldurlar tərəfindən qarət edilmişdi.  Osmanlı ordusu həmin hadisələrin izinə düşərək  bu cür cinayətlər törədənlərin hamısını həbs etdi. Onların hamısı edam cəzasına məhkum etdi. Tarixdə bu soyqırıma görə cəzası verilmiş ilk günahkarlar idi.  Sonra ermənilər bu ermənilərin içərisindən 1 milyon yarım öldürülmüş erməni əfsanəsi yaradıb onu dünyaya yaymağa başladılar. Dünya da Osman İmperiyasının dağılmasını istədiyindən ermənilərin bu uydurma soyqırım əhvalatlarını qəbul edirlər.  Xüsusən Avropa ölkələri.

 

Ermənilər, ruslar inqilabdan sonra  qaçıb gedəndən sonra onlara verilmiş silahlar və digər alətlərlə azərbaycanlıların yaşadıqları ərazilərdə qanlı soyqırımlar törətdilər.  Qarsdan başlayaraq, Ərdahan,  İqdır, Maku,  Mərənd və Cənubi Azərbaycanın bir sıra yerlərində azərbaycanlıları öldürür, quyulara basdırır, başlarına min əzablar gətirirdilər.  Daha sonra İrəvan xanlığına keçdilər.  İrəvan xanlığında  eyni müsibətləri törətdilər.  Əliyalın Azərbaycanlı əhalisi əlisilahlı, artilleriyası olan Rusiyadan kömək alan ermənilərə müqavimət göstərə bilmədi.  Sonra şimali Azərbaycana keçdilər. Neftçaladan Quba rayonuna qədər böyük bir ərazidə başda Bakı şəhəri olmaqla qanlı qırğınlar törətdilər.

 

- Azərbaycanlılara qarşı ermənilərin törətdiyi bütün soyqırımlar, Xocalı soyqırımı və birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən törədilmiş digər hərbi cinayətlər və qətliamlar beynəlxalq müstəvidə necə araşdırılır?

 

-Beynəlxalq aləmin münasibəti bəllidir. Məni təəccübləndirən odur ki, biz hələ də o,  azərbaycanlılara qarşı törədilən soyqırımları yetərincə təqdim edə bilmirik. Həmin qırğınlarda ermənilər 2 milyondan çox azərbaycanlını qanına qəldən eləmişdilər. Bu gün də biz həmin 2 milyon məsələsi ətrafında danışmağa sanki utanırıq. Təkcə Bakı şəhərində 30 mindən çox azərbaycanlını qırıblar, amma hələ də kitablarımızda “20 minə qədər” sözü gedir. Ay insanlar, bu Azərbaycan xalqının yarıdan çoxunu qırıb -çapıblar. Bizə qarşı soyqırımlar həyata keçiriblər – 1905-1907, 1918-1920, nəhayət,  Xocalı soyqırımı da daxil olmaqla 1988-92-ci illərdə ermənilər azərbaycanlılara qarşı hansı zülmləri, cinayətləri törətdi, hamımız hələ də acısını yaşayırıq. Düzdür, biz Soyqırım tarixlərini özümüz üçün müəyyən eləmişik, amma təəssüf ki, bunu dünaya yetərincə tanıda bilməmişik və soyqırımı törədən cinayətkarlar hələ də cazasız qalıblar.  Biz burmadan Azərbaycana qarşı törədilmiş bu soyqırımları təbliğ edib dünyaya yaymalıyıq.  Öldürülən ermənilər deyil, azərbaycanlılardır.

Erməninin arxasında böyük dayağı var idi, bizim isə heç ov tufəngimiz də yox idi.  Bax, qondarma “erməni soyqırımı”nı azərbaycanlıların soyqırımına bu cür çevirdilər.

 

- Ermənilərin Türkiyəyə qarşı absurd “soyqırım” mifi bitmir. Hər il aprel ayı “soyqırım” iddiası ilə manipulyasiya edən ermənilər dünyanı “soyqırım” sözünü işlətməyə cəlb edir. Ötən il Bayden böyük haqsızlıq edərək bu sözü işlətdi. Bundan Ermənistan nə qazanır?

 

-Ermənilər aşırı hiyləgər, hər yoldan nəsə mənfəət götürən mənəviyyatsız xalqdır. Onlar bununla dünyaya xiristian-erməni xalqının əzildiyini, məşəqqətlər çəkdiyini, türklər, müsəlmanlar tərəfindən qırıldığını çatdırmağa çalışırlar. Bununla da dünyada özlərinə müəyyən imtiyazlar qazanmağa can atırlar. Bu gün başda Fransa olmaqla bir neçə Avropa ölkəsi  uydurma soyqırımını tanıyır, parlamentlərində müzakirə edirlər və o yalanı reallaşdırırlar. Halbu ki, heç bir erməni soyqırımı olmayıb. Bunlar hamısı uydurmadır. Dünya da bu uydurmanın dalınca gedir. Biz azərbaycanlılar əhalimizin qırıldığı Qarsdan başlamış Makuya qədər olan tariximizi  izləmirik, araşdırmırıq.

Hesab edirəm ki, azərbaycanlılara qarşı olan soyqırımları ortaya qoymaq üçün tarixçilər kollektivi, Soyqırım mərkəzi yaradılmalıdır. Biz özümüz də bilməyərəkdən soyqqırımı qurbanlarımızın sayını hədsiz dərəcədə azaltmışıq. Və Allah qarşısında böyük günaha yol vermişik. Beynəlxalq güclər onsuz da özünün ikili standartlı münasibətlərində qalacaq və ermənilərin ortaya atdığı bu uydurma yalandan istifadə etmək istəyəcəklər. Ona görə də biz də sakit oturmalı deyilik. /Həftə içi/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?