Şuşada “Qarabağ atları” sərgisi açılıb

16:52 28-04-2022 | icon 469 | Qarabağ
Şuşada “Qarabağ atları” sərgisi açılıb

Bu gün Şuşada latviyalı rəssam Daçe Strausanın “Qarabağ atları” adlı sərgisi açılıb.

 

Versus.Az xəbər verir ki, açılış mərasimində Azərbaycana rəsmi səfər edən Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də iştirak edib.

 

“Nəinki Şuşada, həm də bu sərgidə olmağıma şadam. At dostluğun, azadlığın, müdrikliyin rəmzidir. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən əlamətdar hadisədir. Burada irimiqyaslı bərpa işlərinə də şahid oldum”, - deyə Latviya rəsmisi qeyd edib.

 

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib:

 

“Bu gün latviyalı rəssam Daçe Strausanın məşhur olan Qarabağ atlarına həsr olunmuş sərgisini bir yerdə açırıq”.

 

Rəssamın özü də uzun vaxtdır Qarabağ haqqında düşündüyünü, buraya səfər etmək istədiyini deyib:

 

“Burada olmağıma çox şadam. Qarabağ atlarının möhtəşəmliyini göstərmək üçün onları bundan sonra da çəkəcəyəm. Bu at cinsinin mövcudluğu faktı da göstərir ki, Qarabağ Azərbaycandır!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI