Universitet yataqxanaları ARTIRILACAQ
Ali təhsil müəssisələrinin mövcud yataqxana binalarının yenilənməsi istiqamətində görüləcək işlər açıqlanıb.
Versus.Az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, universitet yataqxanaları ilə bağlı iki istiqamətdə iş görülür.
Nazir qeyd edib ki, birincisi, cari təmir formatında ali təhsil müəssisələri iş görür:
"Konkret olaraq bu il hansı universitetlərin yataqxanalarının təmirinə başlanılacaq deyə bilməyəcəyəm. Çünki bu, əsasən yay aylarında baş tutur və yataqxanaların bərpası ilə ali təhsil müəssisələri məşğul olur. İkincisi isə, Təhsil Nazirliyinin özünün müxtəlif ali təhsil müəssisələrinə beynəlxalq donor təşkilatları cəlb etməklə, dövlət-özəl tərəfdaşlığı əsasında yataqxanaların yerinin və sayının artırılması istiqamətində iş görürük. İnanıram ki, yaxın vaxtlarda mümkün modellər seçilə bilərsə, bu istiqamətdə işlər davam edəcək”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi