Ağdaban və Başlıbel qətliamları BEYNƏLXALQ MEDİADA
Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin mülki əhalisinə qarşı erməni işğalçıları tərəfindən milli zəmində törədilmiş soyqırımı cinayətlərindən bəhs “Ağdaban faciəsini xatırlayaraq” və “Azərbaycan Başlıbel qətliamının 29-cu ildönümünü anır” sərlövhəli məqalələr dərc olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalələrdə Ağdaban faciəsi zamanı bir gecədə 130 evin yandırıldığı, 779 dinc sakinin müxtəlif işgəncələrə məruz qoyulduğu, onlardan 67 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyi, habelə erməni qaniçənlərindən xilas olmaq üçün dağlara sığınan 62 Başlıbel sakininin faciəvi sonluğu barədə ətraflı məlumat verilib.
Müəllif sözügedən faciələrdən 30 ilə yaxın müddətin keçməsinə baxmayaraq, ermənilər tərəfindən törədilmiş bu cinayətlərə beynəlxalq ictimaiyyətin indiyədək lazımi qiymət verməyərək susmasına diqqət çəkib. Qeyd edilib ki, dünya ictimaiyyəti tarixin bəşəriyyətə verdiyi dərsləri unudub və faktiki olaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlıq cinayətlərinə məhəl qoymur.
Məşhur Holokost alimi Eli Vizelin “Yaddaş olmadan mədəniyyət də yoxdur. Yaddaşsız cəmiyyət və gələcək də yoxdur. Biz tərəf tutmalıyıq. Neytrallıq zülm edənə kömək edir, qurbana heç vaxt kömək etmir. Sükut əzab verəni ruhlandırır, əzab çəkəni heç vaxt” sözlərinə istinad edən müəllif unutqanlığın yalnız gələcək cinayətlərə zəmin olduğunu vurğulayıb, insanları sözügedən acı reallığa etiraz etməyə, Ağdaban, Xocalı, Ağdam və Qarabağın digər ərazilərində və ona bitişik yeddi Azərbaycan rayonunda baş verənləri xatırlamağa çağırıb.
Məqalələri ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2022/04/19/remembering-the-agdaban-tragedy/
https://foreignpolicyblogs.com/category/uncategorized/
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi