İlham Namiq Kamal - 70 yaş

14:17 09-01-2019 | icon 502 | Mədəniyyət
İlham Namiq Kamal - 70 yaş

 

Bu gün Azərbaycanın görkəmili teatr və kino aktyoru, Respublikanın Xalq artisti, “Şöhrət” ordenli sevimli gülüş ustası İlham Namiq Kamalın 70 yaşı tamam olur.

 

Versus.Az xəbər verir ki, ömrünün yarım əsrdən çoxunu teatr sənətinə bağlayan İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. O, 1966-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino aktyorluğu” fakültəsində təhsil alıb. Tələbə vaxtı Molyerin "Jorj Danden” komediyasında baş qəhrəman rolunu uğurla ifa etdiyindən onu institutun Tədris Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan aktyor bu səhnədə Müsyö Jordan ("Müsyö Jordan və Dərviş Məstəli şah”), Sarı Qarayev ("Varlı qadın”), Zaman müəllim ("Bu dünyanın adamları”), Gülən adam ("Hərənin öz payı”), Kişi ("Mənim ərim dəlidir”), doktor Qaratay ("Afət”) kimi rollarda çıxış edib. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışan İlham Əhmədov burada Məsuliyyətsiz ("Çarəsiz sərnişinlər”), Dadaşbala ("Dadaşbala əməliyyatı”), Sultanqulu ("Sultanqulu körpüsü”), Kələntər ("Dağ tikirik”), Daniel ("Arvadımın qatili”), Kazbek ("Arvadımın əri özüməm”) kimi baş rolların ifaçısı olub.

 

İlham Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrında E.Mansurov və G.Xuqayevin “Sevgilimin anası” (Albadam), F.Qarayev və E. de Flipponun ”Filumeno Marturano” (Dominisko Soriano), O.Rəcəbov və A.Babayevin “Şeytanın  yubileyi” (Meydan), R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər” (polkovnik Mikayıl), F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” (İbad İbadov), M.Məmmədovun “Matəm marşı və ya gözünüz aydın” (Əhmədağa), E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” (Atakişi), R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” (Orxan), Ü.Hacıbəylinin “Ər və arvad” (Mərcan), E.Sabitoğlu və C.Məmmədovun “www. ferzeli-kef.com” (Fərzəli), R.Hacıyevin “Qafqazlı qardaşqızı” (Bəbirli) tamaşalarında özünəməxsus rollar yaradıb. Peşəkar aktyor həm də  “Şeytanın yubileyi” və “Amerikalı kürəkən” əsərlərinə quruluş verib.

 

"Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor tamaşaçıların sevimlisinə çevrilib.

O, 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, professordur. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə "Qızıl Dərviş” mükafatına, 2013-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. 2012-ci ildən Prezident təqaüdçüsüdür.

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi şöhrətli aktyoru 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

 

 Versus,Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?