"Sülhməramlılar bu bölgələrdə funksiyalarını zəiflətmiş olacaqlar"

14:54 07-05-2022 | icon 673 | Qarabağ
"Sülhməramlılar bu bölgələrdə funksiyalarını zəiflətmiş olacaqlar"

 

 

Xəbər verildiyi kimi artıq Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. Sülhməramlılar “Sos” -Xocavənd və “Xaçmaç” -Xocalı kəndlərində yerləşən nəzarət-buraxılış məntəqəsini saxlamağı mənasız hesab ediblər.

 

Sülhməramlıların qeyd olunan iki postu sökməsi nə ilə bağlıdır və həmin ərazilərdə erməni təxribatını fəallaşdıra bilərmi? Sülhməramlı postlarının, şəxsi heyətinin azalması fonunda erməni separatçılarının sahədə aktivləşdirilməsi mümkün ola bilərmi?

 

 

Versus. az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Rusiya sülhməramlıları  ilkin mərhələdə Qarabağda yerləşdiriləndə 1960 nəfərlə öz missiyalarını yerinə yetirəcəklərini nəzərdə tuturdular.  Onların planlarına görə sonrakı mərhələdə  29 müşahidə məntəqəsi təyin olunmuşdu. Onlar bu postlar vasitəsi ilə ərazidə baş verəcək situasiyaya nəzarət etmək və müdaxilə  missiyasını həyata keçirməli idilər. 

 

E.Şıxəliyev hesab edir ki, Rusiya sülhməramlıları indi Ukrayna ilə müharibənin fonunda operativ planlarına dəyişiklik etmək məcburiyyətində qalıblar.  Onun sözlərinə görə, artıq Rusiyanın xarici bazalarda olan şəxsi heyyəti, hərbçiləri Ukraynadakı müharibəyə cəlb olunmaq üçün digər bölgələrdən qismən çıxarılır.

“Artıq Rusiya ratasiya qaydasında bütün ərazilərdə yerləşən missiyalarının sayını azaldırlar. Çünki Ukraynada yenidən qruplaşan Rusiya ordusunun ehtiyatlara ehtiyacı var. Eyni zamanda bazanı Qarabağdan və digər yerlərdən çıxarıb Ukraynaya ezam elədikləri şəxsi heyət hesabına komplektləşdirmək istəyirlər”.

 

Hərbi ekspert rus sülhməramlılarının iki postu bağlamasını mövcud situasiyaya əsasən qanunauyğun hesab edib. Onun sözlərinə görə, sülhməramlı missiyasını həyata keçirmək üçün şəxsi heyyət azalırsa, avtomatik olaraq onların əməliyyat bölgələri də daralmalı, cavabdehlik bölgələrindəki postların sayı azalmalıdır.

Hərbi ekspert bildirib ki, postlar azalmış olacaqsa, yaradılmış postların vacibliyini nəzərə alacaqlar. Onu sözlərinə görə, sülhməramlılar nəzarət-buraxılış məntəqəsini saxlamağı mənasız hesab etsələr də, əslində bunun köklü səbəbi şəxsi heyyətin çatışmazlığıdır.

 

Həmin boşaldılan ərazilərdə hər hansı formada təxribatların yaradılması məsələsinə gəlincə, E.Şıxəliyev hesab edir ki, bu gün hərbi-siyasi rəhbərlik bütün gücünü Ukraynaya yönəldib. Ona görə də sülhməramlılar bu bölgələrdə nəzarətlərini, funksiyalarını zəiflətmiş olacaqlar. 

E.Şıxəliyevin sözlərinə görə, ermənilər bu vəziyyətdən istifadə edə bilərlər.

 

“Bilirik ki, artıq Ermənistanda da bir proses gedir,  Sarkisyan, Köçəryan cütlüyünün arxasında duran qüvvələr Paşinyan hakimiyyətinə qarşı çox aktivləşiblər.  Bu qüvvələrin aktivləşməsində üçüncü qüvvələr çox maraqlıdır. Onlar Ermənistandakı etiraz aksiyaları ilə bərabər təmas xəttində atəşkəsin pozulmasını da həyata keçirdə bilərlər. Ermənistan taleyüklü məsələlərin həll olunması dönəmindən keçir.  Ermənilər belə dönəmlərdə çox qeyri-adekvat davranırlar.  Ermənilər kiçik çaplı atəşkəsin pozulmasını immitasiya edib deyəcəklər ki, biz sülh sazişi imzalamağa hazır deyilik. Hər zaman elədiklərini yenidən sahəyə yansıdacaqlar.  Bütün ümumi prosesin konteksində təbii ki, Azərbayacn silahlı qüvvələri əməliyyat bölgələrində şəraitə nəzarət edirlər və edəcəklər. Nə olacaqsa silahlı qüvvələrimiz onların cavabını misli ilə verməyə hazırdır və qadirdir”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI