Prezidentin 10 mayda verdiyi MESAJLAR

12:55 13-05-2022 | icon 511 | Siyasət
Prezidentin 10 mayda verdiyi MESAJLAR

"Azərbaycan strateji hədəflərinə doğru inamla addımlayır"

 

Prezident İlham Əliyevin Şuşada 10 May müraciəti müxtəlif aspektlərdə təhlil olunur. Siyasi ekspertlər, bu müraciətin əslində işğaldan azad olunan torpaqların öz tarixi sahiblərinə qaytarılması ideyasını bir daha bəyan edir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Prezidentin Şuşa, Füzuli səfəri bir daha dünyaya göstərir ki, Qarabağa qayıdış layihəsi bir başa dövlət başçısının nəzarətindədir. 

 

 

“Bu istiqamətdə çoxşaxəli işlər görülüb.  Artıq Şərqi Zəngəzur bölgəsində  strateji layihələr həyata keçirilir.  Bütün infrastruktur sistemi bərpa olunur, yeni hava limanları inşa olunur. Prezident şəxsən özü Şuşanın xırda layihələrin icraasından başqa, bütün sistemi bilavasitə özünün nəzarətində saxlayır. Mənə elə gəlir ki, bu özü-özlüyündə

Azərbaycan xalqının həyata keçirdiyi sistemli fəaliyyətinin dövlət başçısının nəzarətində olmağının böyük bir əhəmiyyəti var”.

 

A.Mollazadə bildirib ki, Azərbaycan qalib gəlib və bu qləbədən sonra Azərbaycann yeni imkanları yaranıb. Onun sözlərinə görə, bu imkanlardan məharətlə istifadə üçün böyük işlər görmək lazımdır və mənə belə gəlir ki, dövlət başçısı bu istiqamətdə ciddi addımlar atır:

 

“Prezident il ərzində işğaldan azad olunmuş rayonlarımıza dəfələrlə səfərlər edib. Bu da onu göstərir ki, hər bir iş planlı şəkildə həyata keçirdilir və dövlət başçısının nəzarətindədir.

 

Prezident orda bildirdi ki, torpaqların işğaldan azad ediməsində həyatını qurban vermiş bir sıra Azərbaycanlıların istəkləri reallaşdı.

 

“Bu Azərbaycan xalqı üçün böyük bir qələbədir. Məhz qələbədən sonra Qarabağı cənnətə çevirmək planı Azərbaycan xalqının iradəsi ilə bağlıdır”

 

 

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha çox uğurlu layihələrə imza ataraq  strateji hədəflərinə doğru inamla addımlayır”

 

Siyasi Şərhçi Aytən Qurbanova açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Şuşa səfəri və orada etdiyi çıxış torpaqlarımızın erməni işğalından azad olunması və bərpası yönündə dövlətin apardığı siyasətin əsaslarını bir daha ortaya qoydu.

 

Onun sözlərinə görə, Prezident İlham Əliyev Şuşaya səfəri zamanı öz çıxışında Qarabağ zəfəri ilə bağlı kifayət qədər önəmli mesajlar verərək Ulu Öndərin uzaqgörən siyasətinin bugünkü təsirlərindən danışdı:

 

“Heç şübhəsiz ki, müasir Azərbaycanın hər uğurunda Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin izləri var. Xüsusilə müstəqillik qazandıqdan sonra baş verən proseslərə və digər region dövlətlərinin qarşılaşdıqları problemlərə nəzər yetirdikdə, Azərbaycanın siyasi kursunun necə uğurlu şəkildə formalaşdırıldığını görməmək mümkün deyil. İstər əsrin müqaviləsinin vaxtında və lazımi dövlətlərlə imzalanması, istər uzunmüddətli milli maraqlarımızın təmin olunması üçün qurulan ikitərəfli və çoxtərəfli əlaqələr və istərsə də doğru strateji tərəfdaşların seçilməsi Qarabağ zəfərinə aparan yolun addım-addım planlaşdırılan mərhələləridir. Eyni zamanda, onu da unutmamaq lazımdır ki, Azərbaycan bugün enerji təhlükəsizliyi ilə bağlı ən əsas aktorlardan biri olaraq axtarılan strateji tərəfdaşdır. Kifayət qədər əhəmiyyətli tranzit xətlərinin üzərində yerləşməklə geniş təsir imkanlarına sahib bir çox layihələrin ideya müəllifi və təşəbbüskarı olaraq çıxış edən Azərbaycan Respublikası artıq həlledici məqamlarda söz sahibi olan dövlətlər sırasında olduğunu sübut edib. Ona görə də, bugün əminliklə deyə bilərik ki, Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha çox uğurlu layihələrə imza ataraq strateji hədəflərinə doğru inamla addımlayır”. /Hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?