Ermənilər sərhəddə atəşkəsi pozarkən nəyə ümid edir?

13:19 13-05-2022 | icon 418 | Qarabağ
Ermənilər sərhəddə atəşkəsi pozarkən nəyə ümid edir?

 

 

 

Xəbər verildiyi kimi, mayın 11-i axşam saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərdən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.

 

 

Ermənistan silahlı qüvvələri sərhəddə atəşkəsi pozmaqla nəyə cəhd edir.  Ermənilər bu cür silahlı səs-küylə nəyə ümid edir və yaxud nəyə nail olmağa çalışırlar?

 

 

Versus.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev şərhində bildirib ki, həyati önəm kəsb edən qərarları qəbul etməyə hazırlaşanda ermənilər bu kimi addımlarla prosesdən yayınıblar. Onun sözlərinə görə, bu gün Kəlbəcər istiqamətindən atəşkəsin pozulması da bu hiylənin davamıdır.

 

“Bu həm də onunla əlaqədardır ki, Ermənistan daxilində kataklizmlər yaşanır.  Xüsusən də Qarabağ klanının arxasında dayanan Sarkisyan, Köçərkan və digər millətçi  qruplar hakimiyyətin dəyişdirilməsinə yönəlik addımlar atırlar”.

Hərbi ekspert bildirib ki, bu gün erməni millətçi qruplarının fəaliyyəti siyasi meydanda açıq görünür. Və bu siyasi proseslər Ermənistan-Azərbaycan əlaqələri və gələcəkdəki münasibətlər üzərinə həyata keçirilir.

“Siyasi müstəvilərdə aparılan danışıqlarda Paşinyan hakimiyyəti  Azərbaycanın təqdim etdiyi 5 müddüədan ibarət təklifini  qəbul etmiş kimi görünür. Ermənistan siyasiləri bunu Paşinyan adına bir xəyanət kimi qəbul etdi. Çünki ermənilər  Azərbaycanla Türkiyə ilə münasibətlərin normallaşması üçün atılacaq addımları- gələcəkdə sülh sazişinin imzalanması, sərhdələrin tanınması, delimitasiya, demokasiyanın həyata keçirilməsini “böyük Ermənistan” ideyası çərçivəsində qəbuledilməz sayırlar.  Belə olduğu halda daxildə etiraz dalğası yaradıb, sərhəddə atəşkəsi pozub, Paşinyan hakimiyyətini devirməklə demək istəyirlər ki, bizim sülh sazişinə gəlməyimiz, münasibətlərin normallaşması, Qarabağın Azərbaycanın tərkibində tanınması yönündə zaman və məkan yetişməyib. Onlar hər zaman  Azərbaycana münasibətdə mühüm qərarlar verməyin zamanı gələndə ya siyasiləri aradan götürüblər, ya da atəşkəs pozma hallarını imitasiya edirlər”.

E.Şıxəliyev bu mənada hesab edir ki, Yerevanda baş verən bu dalğa cəbhəyə də yansıyıb. Hərbi ekspert ermənilərin hər zaman belə situasiyaları ssenariləşdirdiyini deyib. Onun sözlərinə görə, onların bu kimi situasiyalar üçün ehtiyat variantları var. Lazım olanda düyməyə basır, 3-cü güclər vasitəsi ilə ssenariləri sahədə başladırlar.

 

“Ermənistan ordusunda hələ də Sarkisyanın, Köçəryanın dövründən vəzifələrdə qalmış kifayət qədər generallar, polkovniklər  və yüksək rütbəli zabitlər var. Onlar əslində  Ermənistanda baş verən hadisələrin daşıyıcılarıdır. Ermənistandakı hərbi rəhbərlik bunu burbaşa bizim sərhəd bölgələrdə atəşkəsin pozulması ilə həyata keçirtmək istəyir”.

 

E.Şıxəliyev hesab edir ki, ermənilərin sərhəddə atəşkəsi pozmasını bu kontekstdə qiymətlndirməliyik. 

“Hərbçilər Yerevanda Paşinyana qarşı olan etiraz aksiyalarını belə dəstəkləyirlər.  Bu etirazlar Ermənistanda davam etdiyi müddətdə biz belə halları gözləməliyik. Arazdan Murova qədər bütün bölgələrdə, xüsusən Ermənistanın öz sərhədlərinin daxilində də atəşəslərin pozulması daxildə baş verən proseslərlə paralel olaraq davam etdirəcəklər. Amma bizim silahlı qüvvələrimiz erməni hərbçilərinin atacağı ən kiçik və böyük addımlara qarşı hər zaman hazırdır”. (hafta.az)

 

Tahirə Qafarlı 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI