Məktəblər bağlandı, uçuşlar DAYANDIRILDI
İraqda şiddətli qum fırtınası həyatı iflic edib. Ölkədə məktəblərdə təhsil bir günlük dayandırıldığı halda, Bağdad Beynəlxalq Hava Limanı və Nəcəf aeroportunda uçuşlar təxirə salınıb.
İraqın rəsmi xəbər agentliyinin məlumatına görə, İraqın qərbində səhər saatlarında başlayan şiddətli qum fırtınası qısa zamanda paytaxt Bağdad və digər şəhərlərə də keçib.
Ölkədə boğulma təhlükəsi ilə üzləşən onlarla insan xəstəxanalara yerləşdirilib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi