"ABŞ iqtisadi baxımdan Azərbaycana önəm verir"

18:34 21-05-2022 | icon 473 | Geopolitika
"ABŞ iqtisadi baxımdan Azərbaycana önəm verir"

 

 

“Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən  sonra iki ölkə arasında diplomatik, siyasi əlaqələr quruldu və formalaşdı. 1994-cü ildə ABŞ şirkətlərinin də qatıldığı "Əsrin Müqaviləsi"nin imzalanması bu əlaqələri yeni mərhələyə daşıdı. Bundan sonra tərəflər arasında münasibətlər çoxşaxəli hal almağa başladı”.

 

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda diqqət çəkən məqamlara münasibət bildirərkən deyib.

 

Politoloq hesab edir ki, burada ABŞ -ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və transxəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətinin önə çəkilməsi və bu anlamda Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulmasının öz əksini tapması təsadüfi ola bilməz.

 

“Rusiya-Ukrayna müharibəsinin gedişi fonunda dünya enerji bazarında yaranan problemlər, Qərb, Avropanın Rusiyaya tətbiq etdiyi embarqolar nəticəsində Rusiya neft-qazının dünya bazarına çıxarılmasında problemlərin yaranması mahiyyət etibarilə  enerji böhranını formalaşdırmağa başlayır. Bu da enerji qiymətlərinin qalxması ilə özünü göstərir, Avropada enerji təhlükəsizliyinə təhdid yaradır. Ona görə də, Baydenin bu məktubda Avropada və dünyada enerji təhlükəsizliyi məsələsinə toxunmasının arxasında bu səbəblər durur. Çünki Azərbaycan öz neftini Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsi ilə  Avropa və dünya bazarlarına çıxardır. Bundan başqa, TANAP-TAP layihəsi üzrə aparılan işlər Azərbaycan qazını həm Türkiyə bazarlarına, həm də Cənubi Avropanın -Yunanıstan, İtaliya daxil olmaqla 6 dövlətinə daşıyır. Bunun ümumi miqdarı 2 milyard kub metr olsa da, gələcəkdə 30 milyard kubun üzərinə çıxarılması hədəflənir. Bu, əslində mahiyyət etibarilə Avropanın enerji təhlükəsizliyinə bir töhfə verə və müəyyən mənada təsir edə bilər”. 

 

Politoloq hesab edir ki, bu gün vəziyyət ABŞ və dünya iqtisadçıları tərəfindən belə dəyərləndirilir.  Onun fikrincə, bu ABŞ-ın iqtisadi baxımdan Azərbaycana önəm verdiyinin bir göstəricisidir.  

 S.Hümbətovun qənaətincə, burada Azərbaycan-Ermənistan arasında diplomatik münasibətlərin qurulması, Qafqazda sülhün əldə edilməsi ilə bağlı məsələlərə toxunulması xüsusilə önəmlidir.

“ABŞ bilir ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bu gün də bu tendensiyanı davam etdirir. Və burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülhün əldə edilməsi ABŞ-ın Qafqaza olan marağının təmin olunmasına böyük dəstək ola bilər. Bayden tərəflər arasında danışıqların aparılması, iqtisadi-siyasi əməkdaşlıqların qurulması və sair məsələlər toxunmaqla onu göstərir ki, əslində ABŞ Qarabağ münaqişəsinin qısa müddət ərzində  həll olunmasının tərəfdarıdır. Ona görə ki, həm transxəzər, Qafqaz regionu ilə bağlı ABŞ-ın hədəfləri, maraqları var”. (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?