Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub. İmtahanda 21 mindən çox abituriyent iştirak edib.
Versus.az Modern.az-a istinadən reportajı təqdim edir.
Nərimanov rayonu Məktəb-Lisey Kompleksində (200 saylı orta məktəb) imtahan prosesini izləyib və imtahandan sonra abituriyentlərin təəssüratlarını öyrənib.
İmtahan rəhbəri Saqif Hüseynovun sözlərinə görə, 200 saylı məktəbdə 255 şagird imtahanda iştirak edib:
"İmtahan normal şəkildə keçdi, heç bir qayda pozuntusu yoxdur. İmtahanda iştirak etməyən abituriyentlərin sayı çox azdır, təxminən 5-6 nəfər. Bu binada imtahan verən şagirdlərdən 191-i qız, 64-ü isə oğlandır".
III ixtisas qrupu üzrə imtahan verən Əli Mirəlili sualların çətin olmadığını, gələcəkdə müəllim olmaq istədiyini bildirib:
"İmtahan sualları çox çətin deyildi. Təxminən 100 bal gözləyirəm. Balım yüksək olarsa, İngilis dili müəllimi olmaq istəyirəm."
Həcər Babayeva da imtahan prosesinin onun üçün uğurlu keçdiyini söyləyib:
"Düşünürəm ki, balım 150-dən çox olacaq. İmtahana ciddi hazırlaşırdım. Gələcəkdə məşhur aşpaz olmaq istəyirəm".
Digər həmsöhbətimiz Ləman Zöhrabova biliyinə günvəndiyini vurğulayıb. İmtahan binasını hamıdan gec tərk edən Ləman sualların o qədər də çətin olmadığını düşünür:
"Suallar çox asan idi, imtahan yaxşı keçdi. Tarix fənnindən sualları çox yaxşı yazdım. 300-dən çox bal yığacağıma inanıram. Ən böyük arzum İngilis dili müəllimi olmaqdır".
Biz də inanırıq ki, abituriyentlərin hər biri yüksək balla ali təhsil müssisələrinə qəbul olacaqlar.
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi