Rektor təyin etmək üçün 150 min manatını aldı

13:15 25-05-2022 | icon 650 | Təhsil
Rektor təyin etmək üçün 150 min manatını aldı

Sabiq vəzifəli şəxsin CİNAYƏT ƏMƏLLƏRİ

 

Azərbaycanda külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb.

 

Versus.Az xəbər verir ki, 40 yaşlı Rəcəb Səbuhi Vaqif oğlu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ələ keçirilib.

 

O, külli miqdarda dələduzluq etməkdə təqsirli bilinir.

 

Məlumata görə, Səbuhi Rəcəbin əməlindən 3 zərərçəkmiş var. Belə ki, S.Rəcəb tanışı olan bir qadının avtomobilini götürüb və onun xəbəri olmadan 40 min manata satıb. Digər qadının isə lizinq yolu ilə maşın alacağı adı ilə 51 min manatını mənimsəyib.

 

Onun əməlindən ən çox 3-cü şəxs zərər görüb. Məlumata görə, 3-cü zərərçəkmiş Səhiyyə Nazirliyinin dövlət həkimləri təkmilləşdirmə institutunun cərrahiyyə kafedrasının müdiri Əliyev Şahin Həşim oğludur. Səbuhi Rəcəb ona daha böyük vəd edib. Səbuhi Şahin Əliyevi dövlət həkimləri təkmilləşdirmə institutuna rektor təyin edəcəyini deyib. Bu məqsədlə ondan nə az, nə çox 150 min manat pul alıb. Ancaq Ş.Əliyev aldandığını görüb.

 

Bu yaxınlardan Səbuhi Rəcəbin istintaqı başa çatıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Əli Məmmədovun icraatına verilib.

 

Qeyd edək ki, Səbuhi Rəcəb əvvəllər Azərbaycan Kikboksinq Federasiyası və Sambo Federasiyasında vitse-prezident olub. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd kimi qeydiyyata alınıb. /Lent.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI