"Enerji ölkəsi kimi Azərbaycan üçün bu cür tədbirlər əhəmiyyətlidir"

08:20 03-06-2022 | icon 535 | İqtisadiyyat
"Enerji ölkəsi kimi Azərbaycan üçün bu cür tədbirlər əhəmiyyətlidir"

 

 

 

Azərbaycan Bakıda 27-ci enerji həftəsini yaşayır. Ölkə ictimaiyyəti, iqtisadçılar bu sərgini müxtəlif aspektlərdə təhlil etməklə əhəmiyyəti və rolunu önə çəkirlər.  Təbii ki, regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının potensialı, onun reallaşdırılmasında Azərbaycanın rolu yüksək dəyərləndirilir.  Eləcə də Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsnə kömək sahəsində həlledici rola malik olduğu qeyd olunur. Bununla paralel bəzi iqtisadçılar  “Avropa bir ildə 530 milyard kubmetr qaz istehlak edir. "Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən 5 milyard kubmetr qaz Avropanın enerji təhlükəsizliyində hansı rolu oynaya bilər”-deyə məsələyə birmənalı yanaşmır.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən iqtisadçı İlham Şaban ilk növbədə “Bakı enerji həftəsi”nin əvvəllər mövcud olmuş "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" sinin davamı kimi yüksək qiymətləndirib. O, bildirib ki, artıq 27-ci dəfədir ki, bu sərgi ölkəmizin paytaxtında keçirdilir.

 

Qeyd edək ki, Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilk dəfə 1994-cü il mayın 24-də mərhum prezident ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlib. Heydər Əliyevdən sonra sərgi hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib.

 

İ. Şaban burda əsas məqsədin sərgidə stendlərin, iştirakçıların sayını göstərmək deyil, Azərbaycana marağı olan və Azərbaycanın özünün marağı olan tərəflərə nəyi təklif etməsidir. İqtisadçı bu sərginin əsas məqsədin reallaşması üçün bir müstəvi olduğunu deyib.

 

“Sərgidə iştirak edən maraqlı tərəflər enerji sahəsində əməkdaşlığı genişləndirməklə bağlı bir-biriləri ilə gələcəyə hesablanmış addımlar atırlar. Bu baxımdan enerji ölkəsi kimi Azərbaycan üçün bu cür tədbirlər əhəmiyyətlidir. Çünki həm dövlət təşkilatlarına, həm özəl şirkətlərə imkan verilir ki, bizneslərini genişləndirsinlər, uzun ömürlü etsinlər və maraqlarının hansı sahəyə olduğunu müəyyən edib onu təkmilləşdirsinlər”.

 

İ.Şaban bir çox hallarda enerji statistikasını yaxşı bilməyən şəxslərin belə sərgilərə kiçik yanaşmalarını anlamadığını bildirib.  Və bildirib ki, Azərbaycan 2021-ci ildə Avropa bazarında 6 milyard 150 milyon kubmetr qaz satıb.  2022-ci ildə  Avropa bazarına 10,2 milyard kubmetr qaz ixrac edəcək.

 

O, “bu damladır, niyə bunu belə şişirdirsiz” deyənlərin də öz aləmlərində haqlı ola biləcəklərini deyib. İ.Şaban hesab edir ki, Azərbaycan qazını ümumi Avropanın enerji təhcizatı ilə müqayisə edib öz ölkənin imkanlarını aşağılamağın mənası yoxdur. Əsas odur ki, Azərbaycan dünya bazarında öz xidmətini reallaşdırır və o ölkələrin enerji təhlükəsizliyində iştirak edir.

 

Eyni zamanda qeyd edib ki, bu sırf statistik məsələdir.

“Azərbaycan qazının keyfiyyəti və əhəmiyyəti yüksəkdir. Hansı regiona daxil olursa, orda enerji təhükəsizliyində əsas rol oynayır. Çünki yaxşı maldır.  Azərbaycan ötən il İtaliyanın qaz bazarının 10 faizini təmin eləyib.  Cənub Qaz dəhlizini genişləndirdikdən sonra bu iki dəfə artacaq. Yəni minimum 20 faiz olacaq.  Biz artıq Yunanısatanın qaz istehlakı bazarının 25-27 faizində iştirak edirik.  Gələn il Azərbaycan qazı Bolqarıstanın təqribən 30 faizindən yuxarı qaz təminatına malik olacaq. Ancaq onlar bizdən əlavə qaz da istəyirlər. Ola bilər 40-50 faizə çatsın. Biz Montoneqro, Xorvatiya, Serbiya, Albaniya kimi ölkələrin qaz hasilatında iştirak ediblər. Bu ölkələr indiyə qədər bir oyunçudan asılı olublar və yaxud da 1 milyard kubmetr qaz alırsa 50 faizini Azərbaycandan alır. Bunu anlamaq lazımdır. Onlar anlamalıdırlar ki, öz enerji təminatının 50 faizini Azərbaycandan alırlar”.

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?