“Laçın dəhlizi”nin bağlanmasını zəruri edən fakt

14:37 10-06-2022 | icon 821 | Qarabağ
“Laçın dəhlizi”nin bağlanmasını zəruri edən fakt

 

“Ermənistan Baş Prokurorunun Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri rəsmi İrəvanın ölkəmizin ərazi bütövlüyünə növbəti dəfə hörmətsizliyidir”

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Mətin Məmmədli bu gün Ermənistanın baş prokuroru Artur Davtyanın qanunsuz olaraq Azərbaycan ərazilərinə gəlməsi ilə bağlı açıqlamasında bildirib.

 

 

Politoloq bildirib ki, bu səfər hazırda iki ölkə arasında davam edən danışıqlar prosesinə  mənfi təsir göstərəcək. 

 

M.Məmmədli hesab edir ki, Ermənistan baş prokurorunun Qarabağa qanunsuz səfərində bir günahkar tərəf Ermənistandırsa, digəri Rusiya sülhməramlı qüvvələridir. 

 

“Sülhməramlı qüvvələr belə bir qanunsuz səfərin qarşısını almalıdır. Sülhməramlıların bu davranışı ilk hal deyil. 10 noyabr bəyanatından sonra bölgəmizə belə qanunsuz səfərlər çox olub.  Rusiya sülhməramlı qüvvələri bu dəfə də öz üzərilərinə düşən işi layiqincə həyata keçirməyiblər”. 

 

Politoloq bildirib ki, Azərbaycan rəsmi olaraq Rusiyaya öz sərt etirazını bildirməlidir və çox güman ki, XİN-in  rəsmi etiraz olacaq.

 

“Hadisəələrin gedişi onu göstərir ki, Azərbaycan Laçın Xankəndi yolundan dəhliz kimi istifadənin qarşısını almaq məcburiyyətində qalır.  Hazırda həmin yol dəhliz kimi istifadə olunur və bu yoldan Azərbaycanın ərazi bütövlüyünü suverenliyinin pozulması kimi istifadə edilir və bu da cəmiyyətimizi narahat edir. Belə hallar ölkəmizin daha qəti mövqe bildirməsi zərurətini yaradır”.

 

Tahirə Qafarlı

Versus.az 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI