Məktəbəqədər hazırlıq qrupları ləğv olunur?
“Məktəbəqədər hazırlıq qrupları ləğv olunmayacaq”.
Versus.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir belə qrupların sayının artırılacağını vurğulayıb:
“Biz bacardıqca məktəbəqədər təhsili qaldırıb daha çox uşağı cəlb etməyi düşünürük. Bu il 100 minə qədər uşağı belə qruplara qəbul etmişik. Məktəbəqədər hazırlıq qrupları ləğv olunmayacaq, əksinə artırılacaq”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi