Qaçqınlarla görüşmək üçün Ukrayna ilə sərhədə gəldi
Aktyor və BMT-nin xoşməramlı səfiri Ben Stiller ukraynalı ailələrlə görüşmək üçün bu ölkə ilə sərhəddə yerləşən Polşaya gəlib.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi “Twitter” səhifəsində məlumat yayıb.
Aktyor özü yazıb ki, Ümumdünya Qaçqınlar Günü ərəfəsində həyatı hərbi əməliyyatlardan əziyyət çəkən insanlarla görüşmək istəyir.
Qeyd olunur ki, “TikTok”da Lvovun mərkəzi meydanında Taras Şevçenkonun abidəsi yaxınlığında Stillerin videosu yayılıb. Lakin aktyorun Lvova səfəri ilə bağlı hələ ki, başqa heç bir sübut yoxdur.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi