"Ordu dövlətimizin onurğa sütunudur"

21:36 26-06-2022 | icon 803 | Qarabağ
"Ordu dövlətimizin onurğa sütunudur"

 

 

Bu gün Azərbaycan Silahlı Qüvvələr günüdür. Bu gün ölkə ictimaiyyəti Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması ilə müasir ordu quruculuğuna bir daha diqqət çəkməklə hərbi məsələlərin yüksək səviyyədə həll edilməsi imkanlarını dəyərləndirməkdədir.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi təhıilçi,  "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi Alp Arslan İmamqulu bildirib ki, müstəqilliyimizdən bəri daxildə və xaricdə bir çox əngəllər olmasına baxmayaraq ordunun inkişaf yolunda müsbət irəliləyişlər var. Hərbi təhlilçi Vətən Müharibəsindən sonra son iki ildə əldə olunmuş nailiyyətlərin daha çox olduğunu deyib.

 

 

“Silahlı Qüvvələrin bütün qurumlarının sürətlə dəyişikliklərə getməsi isə birmənalı olaraq siyasi iradəmizin vermiş olduğu qətiyyətli qərarlarla bağlıdır. Doğrudur, ərazilərimizin işğaldan azad olunması ilə Silahlı Qüvvələrimiz rəşadət nümayiş etdirə bildi. Amma nəzərə almaq lazımdır ki, vətən müharibəsinin nəaliyyətləri Ali Baş Komandanın rəhbərliyi ilə icra olunan müştərək əməliyyatların tətbiqi ilə bağlıdır. Bu da bütün əli silah tutan qurumların mükəmməl plan əsasında sinxronlaşdlrılmış əməliyyatların icraatı ilə mümkün ola bilərdi”.

 

A.A.İmamqulu hesab edir ki, bu gün ordumuzda ştat struktur dəyişikliklərinin həyata keçirilməsi və yeni birləşmələrin yaradılması dünyada baş verənlər zəminində zərurətdir. Onun fikrincə, Azərbaycanın bir sıra qlobal tənzimləyici siyasi gedişatda iştirakı və təşkilatlara üzv olması hərbi müstəvidə təcrübələrin paylaşılmasına da öz təsirini göstərməkdədir. 

 

 

“Ordu mənsublarının beynəlxalq kurslarda və təlimlərdə iştirakı isə dosta güvən, düşmənə gözdağı baxımından gərəklidir. Bununla yanaşı müdafiə sənayesinin inkişaf etdirilməsi ilə iqtisadi töhfə təmin etməklə bərabər silah və təchizat baxımından asılılığın azaldılması da zərurətdir. Son dövrlərdə müdafiə sənayesi inkişaf etmiş Türkiyə və Pakistan kimi güclü dövlətlərlə təcrübə mübadiləsinin mümkünlüyü uzaq perspektivdə ixrac potensialı olan bir dövlət olmamıza şərait yarada bilər”.

 

 

A.A.İmamqulu fürsətdən istifadə edərək, əziz şəhid ailələrini, qazilərimizi və silahdaşlarımı bayram münasibəti ilə təbrik edib.

 

O, Silahlı Qüvvələrimizin inkişafı naminə hərbi qulluqçuların sosial vəziyyətin yaxşılaşdırılmasına məmur olanları isə daha məsuliyyətli və vicdanlı davranmağa çağırıb. Unutmayaq ki, ordu dövlətimizin onurğa sütunudur və onlar sayəsində biz milli ləyaqətimizi qara ləkədən təmizləyə bildik.

 

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI