İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

09:35 30-06-2022 | icon 1020 | Təhsil
İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

Razi Nurullayev: "Nazirlə müzakirə edib, müsbət nəticəyə nail olmağa çalışacam"

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev iyunun 29-da İmişli şəhərində 1440 nəfər şagirdin təhsil aldığı Nəriman Nərimanov adına 1 saylı məktəb-liseydə olub. Burada məktəbin vəziyyəti, şagirdlərin dərs şəraiti ilə maraqlanıb, müəllimlərlə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, görüş zamanı direktor əvəzi Ülviyyə Hüseynova və müəllim kollektivi ilə bir sıra məsələlər müzakirə edilib. Söhbət zamanı məlum olub ki, İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var. Bu məktəbin 2021-2022 təhsil ilində 6 şagirdi 600-dən çox bal toplayıb, bir qızıl medal mükafatçısı var.
 
 
Qeyd edək ki, sözügedən məktəbin anbarı olmadığına görə akt zalı anbar kimi istifadə olunur. Akt zalında stullar da yoxdur.
 
 
Deputut bildirib ki, birinci növbədə məktəbin akt zalı gərək lazımi avadanlıqlarla təmin edilsin:
 
 
"Bir məktəbdə toplantı keçirməyə yer olmasa, orada inkişaf necə ola bilər? Kütləvi tədbirlər küçədə, qışda da məktəbin həyətində keçirilir. Bu, məsələnin bir tərəfi.
 
Məktəbin xarici dil dərsləri də axsayır. Otaq çatışmazlığı ucbatından şagirdlər qruplara bölünə bilmir. 30 uşaq bir yerdə əcnəbi dil öyrənə bilərmi? Cavab təbii ki, yox. Digər tərəfdən, məktəbdə cəmi bir ağıllı lövhə var".
 
 
Razi Nurullayev qeyd edib ki, məktəbin gözəl kollektivi var və onlar şagirdlərə bilik öyrətməkdə maraqlıdır, əzmləri, həvəsləri var. Ona görə də əlavə bir neçə ağıllı lövhəyə ehtiyac var və təmin olunması üçün gərək çalışaq:
 
 
"Biz sovet vaxtından əzbərçilik və nəzəriyyə ilə öyrənmişik. Əyani vəsaitlər ya olmayıb, ya da elə anbarda yatıb qalıb. Bu məktəbdə də tarix, coğrafiya, kimya, biologiya və fizika üzrə əyani vəsaitlər yoxdur. Hətta, bu böyüklükdə məktəbin transformatoru da yoxdur. Qışda xətlər yükləndiyindən işıqlar tez-tez keçir".
 
Deputat bu məsələləri təhsil naziri ilə müzakirə edəcəyini, müsbət nəticəyə nail olmağa çalışacağını vurğulayıb.
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI