Əsgərimizin ölüm səbəbi bəlli oldu
Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub.
Versus.Az xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar.
Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır. /qafqazinfo/
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi