“İqtidarla müxalifət birləşməli və…”
“Dağlıq Qarabağ münaqişəsinin həllində ən mühüm addımı Azərbaycan özü atacaq”
“Regionda təhlükəsizliklə bağlı aparılan istənilən danışıqlar normaldır. O cümlədən sabah keçiriləcək prezidentlərin üçtərəfli görüşü də həmin dövlətlərin öz maraqları baxımından əhəmiyətli hesab oluna bilər. Ancaq birdəfəlik bilməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib addımı Azərbaycan özü atmalıdır. Burada sülh və hərb variantından istifadə edilə bilər”.
Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyə-Rusiya prezidentlərinin ikitərəfli Soçi görüşündən sonra noyabrın 22-də İran prezidentinin də qatılacağı üçtərəfli görüşdə Dağlıq Qarabağın hansı aspektlərdə müzakirə olunacağı və görüşün regiona verdiy vədlərlə bağlı açıqlamasında bildirib:
“Soçidə üçtərəfli görüşdə iştirak edən dövlətlərin apardığı müzakirələrin Qarabağ münaqişəsinə hansısa töhfə verəcəyinə inanmıram. Bu görüşdə ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət olunduğu deyiləcək və münaqişənin həlli ilə bağlı tərəflər sülhə, danışıqlara dəvət olunacaq”.
F.Əliyev bildirib ki, Türkiyə-Rusiya rəsmilərinin ikitərəfli görüşündə aparılan müzakirələrdən sonra prezident Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsində Rusiya ilə bağlı ümidsiz notlar irəli sürsə də, burada diplomatik gedişlərin olduğu aydındır:
“Çünki hamı bilir ki, münaqişənin yaranması və bu günə qədər uzanmasının arxasında birinci növbədə Rusiya dayanır. Rusiya istəyərsə təzyiqlər vasitəsilə Ermənistan separatçılarını Azərbaycan ərazilərini boşaltmağa məcbur edə bilər”.
F.Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişənin həllində əsas variant kimi diplomatiyanı önə çəkməsini də əhəmiyyətsiz yanaşma hesab edib:
“İstər ATƏT-in Minsk qrupu, istər ona daxil olan həmsədr dövlətlər, xüsusilə də Rusiya işğalçının arxasında dayanıb və belə də davam edəcəklər. Bu gün regionda dövlətlər arasında əməkdaşlıqlar qurulsa da bu, münaqişənin həlli prosesində Azərbaycanın maraqları qorunmayacaq. Ona görə də yalnız Azərbaycan iqtidarı ilə müxalifəti birləşməli və öz problemini dünya ictimaiyyətinə çatdırmaqla həllinə çalışmalıdır. Azərbaycan xalqı birləşərək Qarabağ məsələsində öz iradəsini ortaya qoymalı və torpaqlarını azad etməlidir”.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...