“Bu gün beynəlxalq hüquq Dağlıq Qarabağda icra edilmir”
“Dünya ictimaiyyətinin gözünə kül üfürməkdə davam edirlər”
“İşğalçıların bütün məqsəd və niyyətləri bu prosesi sönmüş, unudulmuş formaya salmaqdır. Bu mənada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların əhəmiyyəti var. Danııqların davam etdirilməsi irəliyə doğru atılmış addım olsa da, problemin tez bir zamanda həll olunacağını güman etmirəm. Məsələ, danışıqların silsilə şəklində davam etdirilib böyük dövlətlərin region maraqları müzakirə olunduqdan sonra həll oluna bilər”.
Bunu Versus.Az-a millət vəkili Fəzail İbrahimli noyabrın 22-də Soçi şəhərində baş tutacaq Rusiya, Türkiyə və İran prezidentinin üçtərəfli görüşünün əhəmiyyəti və bundan öncə də Türkiyə-Rusiya prezidentlərinin görüşündə olduğu kimi Dağlıq Qarabağla bağlı müzakirələrin olma ehtimalı və regiona verəcəyi nəticələrə dair açıqlamasında bildirib:
“Burda söhbət regionun maraq dairəsindən gedir. Regionda üç böyük dövlətin maraqları toqquşur. Burda təkcə Azərbaycan tərəfinin maraqlarını – itirilmiş torpaqları geri qaytarmaq, 5 rayonun geri verilməsi istəyindən əlavə həm də Amerikanın, Fransanın ATƏT-in Minsk qrupunun region maraqları da var. Hətta bu gün Rusiya tərəfi torpaqların hamısını qaytarmaq istəsə də, hardasa Amerika lobbisinin təsiri altında olan ermənilər buna qarşı çıxış edəcəklər. Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfi əmrə tabe olan bir dövlətdir. Ermənistanın iqtisadiyyatı, siyasəti Rusiya tərəfindən özəlləşdirilib”.
Millət vəkili bu gün müharibə vəziyyətində olan Suriya kimi Azərbaycanın da maraqların toqquşduğu məkana çevrildiyini deyib:
“Bu gün beynəlxalq hüquq Dağlıq Qarabağda icra edilmir. Çünki dünya beynəlxalq hüquq normaları ilə yox, beynəlxalq güclə idarə olunur. Dünyada BMT kimi mötəbər təşkilatın qəbul etdiyi qərarlar havada qalıb”.
Millət vəkili Rusiya xarici işlər nazirinin Qarabağ münaqişəsində diplomatiyanın əsas olduğunu önə çəkməsini də birmənalı qarşılamayıb. Bildirib ki, Rusiya münaqişənin həllində özünün dominantlığını ortaya qoymaq niyyətindədir:
“Lakin məsələnin həlli Rusiyadan asılı olsa da, bu cür davranışlarla dünya ictimaiyyətinin gözünə kül üfürməkdə davam edirlər”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...