MİQ imtahanlarında BİABIRÇILIQ

11:01 18-07-2022 | icon 504 | Təhsil
MİQ imtahanlarında BİABIRÇILIQ

Suallar bəzi namizədlərə əvvəlcədən verilib

 

Təhsil İnstitutu müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

 

İnstitutdan bildirilib ki, həmin iddialarda 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:

 

“Məlumat üçün bildiririk ki, ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.

 

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.

 

ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq.

 

Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM