Bakı Yay Enerji Məktəbinin açılışı

12:36 18-07-2022 | icon 678 | Təhsil
Bakı Yay Enerji Məktəbinin açılışı

ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin (“Baku Energy School”) açılışı olub.

 

Versus.Az xəbər verir ki, tədbir İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Dövlət Neft Şirkətinin (SOCAR), “bp Azerbaijan”, “Kolin” , “Мasdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, İnkişaf və Diplomatiya İnstitutunun direktoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, IDD-nin direktor müavini Aygün Hacıyeva, bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

 

H.Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən etibarən hər il keçirildiyini xatırladıb. O, builki yay məktəbi çərçivəsində əsas diqqətin bərpa olunan enerji mənbələrinə yönəldiləcəyini bildirib.

 

“Bu, tədbir xarici iştirakçıların Azərbaycanın enerji siyasəti barədə daha çox məlumat əldə etməsi üçün gözəl imkandır”, - H.Paşayev vurğulayıb.

 

Xatırladaq ki, tədbirdə 12 ölkədən 42 nəfər iştirak edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI