ALDP rayon təşkilatlarının fəaliyyəti gücləndirilir

16:17 21-11-2017 | icon 538 | Siyasət
ALDP rayon təşkilatlarının fəaliyyəti gücləndirilir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Bakı şəhəri, Beynəlxalq Aeroportunda Gömrük işçilərinin özbaşınalığı və təşkilati məsələlər müzakirə olunub.

Versus.Az xəbər verir ki, toplantıda ALDP sədrinin müşaviri Fizuli Kərimov partiyanın Lənkəran, Tovuz və Gədəbəy rayon təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.

İclasda Bakı şəhəri, Beynəlxalq Aeroportunda Gömrük işçilərinin özbaşınalıqları ilə bağlı bəyanat qəbul olundu. Bəyanatda deyilir:

Hakimiyyətin turizmin inkişafı ilə bağlı verdiyi bəyanatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Xarici ölkələrdən qələn turistlərin Azərbaycana axını bir başa regionlarda vətəndaşların rifahına, kiçik biznesin inkişafına yönəlib. Bu sevindirici haldır. Amma çox təəssüf ki, istər avtomobil nəqliyyatı ilə gələn və istərsə də Hava limanları vasitəsilə gələn qonaqlar və Azərbaycan vətəndaşları gömrük işçiləri tərəfindən heç bir səbəbdən qeyri-qanuni yoxlamalara məruz qalılar. Belə ki, noyabrın 19-u tanınmış kinorejisor, hörmətli Cəfər Axundzadə xaricdən qayıdarkən onun və onun ailəsi Bakı şəhəri, Beynəlxalq Aeroportunda gömrük işçiləri tərəfindən qeyri-qanuni, səbəbsiz yoxlamaya və təzyiqlərə məruz qalıb. Gömrük işçilərinin təzyiqləri nəticəsində hörmətli kinorejisorun balaca qızın qorxması nəticəsində burnundan qan axmağı belə onları saxlamadı. Liberal Demokrat Partiyasının üzvləri belə problemlərlə dəfələrlə üzləşiblər. Partiya üzvləri xaricdən qayıdarkan və yaxud xaricdən qonagları qarşılıyarkan gömrük işçilər tərəfindən kobud münasibət, qeyri-qanuni və səbəbsiz yoxlamalara məruz qaliblar.

ALDP bu kimi faktları aradan qaldırmağa və Azərbaycan vətəndaşlarının, Azərbaycana qələn qonaqların gömrükdən keçməyə normal şəraiət yaradılmasını tələb edir.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?