erməni milyonçunu Qarabağa həvəsləndirən nədir?

14:25 06-09-2022 | icon 435 | Geopolitika
erməni milyonçunu Qarabağa həvəsləndirən nədir?

 "Atəşkəsin pozulması hallarının qarşılığı cavabsız qalmır"

 

Yenə ermənilər Laçın, Kəlbəcər istiqamətində atəşkəsi pozur. Ermənistanın sülh sazişinə dəvət olunduğu bütün danışıqlardan sonra bölgədə separatizm halları daha da alovlanır. Brüssel görüşündən sonra sərhəddə yaranan bu gərginlik nə ilə bağlıdır, səbəb nədir? Ermənilər kimi aldadır, özlərini yoxsa Avropanı, yaxud kimdən təsəlli alırlar?..

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi, siyasi ekspertlər mühüm məqamlara diqqət çəkiblər.

 

 

“...bu Azərbaycana qarşı yaxşı düşünülmüş növbəti təxribatdır”

 

Politoloq Elxan Şahinoğlu  bildirib kİ, Brüssel görüşündə sanki şifahi razılaşmalar əldə olunaraq, hətta 1 ay ərzində sülh sazişinin mətni ilə bağlı işçi qrupunun yaradılmasına qərar verilsə də, ermənilər “öz havasına” oynayır.

 

Politoloq bəyan edib ki, əgər Avropa İttifaqında belə bir razılaşma olmasına rəğmən ermənilər sərhəddə, Qarabağda atəşkəsi  pozursa, bu yenidən gərginliyin artmasına səbəb olacaq:

 

“Vəziyyət yenidən gərginləşə bilər. Bu təxribatları Ermənistan daxilində Paşinyan hakimiyyətini zəiflətmək istəyənlər də həyata keçirdə bilərdi. Amma bu bizi az narahat edir. Çünki Ermənistanda baş nazir Paşinyandır və proseslərə məsuliyyəti o daşıyır. Belə təxribatlar varsa, biz bunun hesabını Paşinyanadan soruşacağıq”.

 

E.Şahinoğlu mövcud vəziyyəti danışıqlardairəliləyişin olmamağı ilə izah edib:

 

“Nə sərhədlər müəyyənləşir, nə erməni silahlıları çıxır, nə kommunikasiyalar açılır, əksinə Qarabağda növbəti erməni təxribatları ilə üzləşirik.  Yeni yol sülhməramlıların nəzarətinə verildi və orda da əli silahlı separatçılar peyda olub. Erməni əsilli milyarder köçüb gəlib Qarabağa. Bu Azərbaycana qarşı yaxşı düşünülmüş növbəti təxribatdır. Yaxud Ermənistan Təhlükəszilik Şurasının sədri Armen Qriqoriyan qanunsuz olaraq Azərbaycan ərazisinə gəlir. Ona görə də yenə də Ordumuz öz sözünü deməli olacaq”.

 

 

“Bu ermənilərin Qarabağda son çırpıntlılarıdır”

 

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, “Qisas” əməliyyatından sonra, Brüssel görüşünə qədər demək olar ki, bizim təmas xəttində ciddi atəşkəsin pozulması müşayət olunmurdu:

 

“Düşünürdük ki, qarşı tərəf “Qisas” əməliyyatından sonrakı mərhələdə  ciddi nəticələr çıxardıb.  Amma sonrakı mərhələdə atəşkəsin pozulması halları intensivləşdi”.

 

E.Şıxəliyev atəşkəsin intensivləşməsinin üç əsas səbəblə bağlantısının olduğunu deyib:

 

“Birincisi, Brüssel görüşündə Ermənistanın siyasətdə heç nə əldə edə bilməməsi, Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etməsi və bunun da cəmiyyətə yansımasıdır. Yəni cəmiyyətin hərbdəki üzvləri bunun natamamlığını sahədə atəşkəsin pozulması ilə tamamlamaq istəyirlər.

İkinci səbəb, Ermənistanda hazırda Köçəryan, Sarkisyan dövründən qalmış və 44 günük müharibədə məğlub duruma düşmüş generalların öz vəzifələrini yerinə yetirməməsi üzərindən istintaq komissiyasının  gəldiyi nəticələrə görə baş verən həbslərdir.

Üçüncüsü, qeyri-qanuni hərbi birləşmlərin  qondarma rejimin qonradma mifinin yaradılmasının 100 -cü ildönümü ilə bağlı keçirilən kütləvi aksiyaların  separatçılara sirayət etməsidir”.

 

Hərbi ekspert bildirib ki, əslində atəşkəsin pozulması hallarının qarşılığı cavabsız qalmır. Onun sözlərinə görə, əməliyyat şəraiti bizim bölmələrin nəzarəti altındadır:

 

"Bizim təcrübədə o da var ki, atəşkəsin pozulması nöqtələri 3 avqust “Qisas” əməliyyatında nəzarətimizə keçdi və dolaylısı ilə dislokasiya mövqelərimizə çevrildilər. Bunu ermənilər bilməlidirlər. Əslində bizim verəcəyimiz net mesaj 3 avqust əməliyyatından sonra bu idi. Bu, 1 ay müddətində davam etdi və görünür unudublar. Bu əməliyyatlar təkrar oluna bilər”.

 

E.Şıxəliyev bildirib ki, qeyri-qanuni hərbi biləşmələrin yerləşdiyi ərazilərdə olan sülhməramlıların da öz vəzifələrini yerinə yetirməməsi, erməni milyonçusunun Rusiyadan imtina edib Qarabağa gəlməsi, bunun kimin layihəsi olması da Qarabağda olan separatçıların gələcək fəaliyyətinə dair ip uclarıdır:

 

“Əslində bunların  Avropa, Rusiya yönümlü güclərinin Qarabağ kartı üzərindən oynanılan  oyunların nəticələrini atəşkəsin pozulması ilə müşahidə edirik. Komanda briqadalarımız onların cavabını verəcək. Ermənistan Brüssel görüşündən sonra bəyanat verdilər ki, saziş imzalanacaq. Düşünürənm ki, bu ermənilərin Qarabağda son çırpıntlılarıdır. Həmin isteriyanı yaşayırlar. Nəticə etibarilə Qarabağda Azərbaycanın hərbi istəyi nə ilə bağlıdırsa, onunla da nəticələnəcək”.

 

  

 

“Brüssel danışıqlarından sonra baş verən təxribatların kökündə də məhz bu amil dayanır”

 

ANAP sədri Abutalıb Səmədov ilk olaraq Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan 4-cü görüşə diqqət çəkərək bildirib ki, indiyə qədər aparılan danışıqlarda qəbul olunan qərarların böyük əksəriyyəti icra olunmayıb.

 

Onun sözlərinə görə, Ermənistan sülh prosesini maksimum gecikdirmək üçün indiyə qədər əlindən gələni edib və şübhə yoxdur ki, bundan sonra da davam edəcək: 

 

“Son görüşdə sülh sazişinin mətninin hazırlanması və ilin sonunda imzalanması məsələsi qoyuldu. Bunun üçün xarici işlər nazirləri 1 ay ərzində görüşməlidirlər. Brüsselin sülh sazişinə mövqeyi aydındır. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinə qarşı Ermənistanın təklif etdiyi  6 prinsip  Brüssel tərəfindən qəbul olunmur. Çünki bu təkliflərin kökündə “Dağlıq Qarabağın statusu”nun, sülh sazişinə salınması və sülh sazişinin  Minsk Qrupunun vasitəçiliyi ilə imzalanması durur və təbii ki, bu, nə Brüsseli, nə də Moskvanı qane eləmir.  Avropa İttifaqı anlayır ki, sülh sazişini imzalamaq üçün mütləq Qarabağ məsələsini sazişdən kənarda saxlamaq lazımdır. Əks halda danışıqlar uzun illər uzana bilər. Paşinyan çarəsizdir. Başa düşür ki, bu gün bu məsələlərdə müttəfiqi yoxdur. Baxmayaraq ki, ABŞ Minsk Qupu Minsk Qrupunun reaniamasiya olunması, Qarabağa satatus verilməsi üçün ara-sıra müəyyən addımlar atır, müəyyən bəyanatlar verir. Ancaq bu kifayət deyil”.

 

A.Səmədov hesab edir ki, Brüssel danışıqlarından sonra baş verən təxribatların kökündə də məhz bu amil dayanır: 

 

“Sülh sazişinin bağlanmasını mümükün qədər uzatmaq və növbəti ilə keçirtmək. Ermənilər ciddi təxribat törətmək iqtidarında deyillər. Baş verən təxribatlar bu prosesi qətiyyən ləngidə bilməz, bunu müəyyən mənada Paşinyan da etiraf edib. O, ilin sonuna qədər sülh sazişinin bağlanmasının zəruriliyi barədə bəyanatlar verib. “Kimin vasitəçiliyi ilə baş verəcək, Moskva təşəbbüsü əlinə götürə biləcəkmi”, bu da qaşıda duran  ciddi suallardan biridir. Sülh sazişinin imzalanacağı heç kimdə şübhə doğurmamalıdır. İnşaalah cənab Prezidentin dediyi kimi ilin sonunda Azərbaycanla Ermənistan arasında sülh sazişi mütləq imzalanacaq”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib