Bu universitetdə müəllimlərin əməkhaqqıları 50 faiz artırılıb

12:21 19-09-2022 | icon 271 | Təhsil
Bu universitetdə müəllimlərin əməkhaqqıları 50 faiz artırılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) saathesabı dərs deyən müəllimlərin əməkhaqqıları 50 faiz artırılıb.

 

Universitetdən bildirilib ki, UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqqıları artırılıb.

 

UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib.

 

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır