Təzə açılan məktəbdən NARAZILIQ
“Direktor əsas giriş qapısını qıfılladı”
Bakı şəhərində bir müddət əvvəl açılan 263 nömrəli tam orta məktəbdən narazılıq var.
Versus.Az xəbər verir ki, bu barədə oxu.az-ın redaksiyasına orada təhsil alan şagirdlərin valideynləri şikayət ünvanlayıblar.
Bildirilib ki, məktəbin yeni binasının açılışı olub:
“Təhsil ocağının bir neçə korpusu var. Amma direktor əsas giriş qapısını qıfıllayıb. 2600-dən çox şagird arxada olan balaca qapıdan məktəbə daxil olur. Nəticədə basabas və biabırçı hal yaşanır. Direktor bildirib ki, yeni pilot məktəblərin layihəsində mərkəzi qapıdan giriş qəti qadağandır. Giriş ancaq arxadakı qapıdan olacaq. “Narazılığı olan şəxsən gəlib sözünü mənə desin”.
Məsələ ilə bağlı 263 nömrəli tam orta məktəb ilə əlaqə saxladıq.
Məktəbdən bildirilib ki, 263 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb:
“Hazırda məktəbdə 1700-ə yaxın şagird təhsil alır. Məktəbin ön tərəfində bir qapı olduğu üçün eyni zamanda, o qədər şagirdi qəbul edən zaman sıxlıq yaranır. Ön qapıdan giriş maşın yolu tərəfdə olduğundan bu, şagird və valideynlərin hərəkəti üçün təhlükə mənbəyidir.
Digər tərəfdə isə məktəbin dörd giriş qapısı olduğuna görə sıxlıq yaranmadığından şagirdlərin qəbulu həmin hissədən aparılır. Bu da şagirdlər üçün daha təhlükəsiz mühitin yaradılmasına xidmət edir.
Şagirdlər dərsdən çıxan zaman valideynlərlə məktəb rəhbərliyi arasında görüş keçirilib və onlara şagirdlərin məktəbə giriş-çıxışı ilə bağlı tənzimləmələrin səbəbləri izah olunub. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanıb”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi