Qiymət artımı və hər gün artan NARAZILIQLAR

11:12 03-10-2022 | icon 419 | Siyasət
Qiymət artımı və hər gün artan NARAZILIQLAR

Fuad Əliyev: "Məsələnin kökündə məmurlaşma və monapoliyaya alınma da dayanır"

 

Ölkədə qiymət artımı ilə bağlı narazılıqların əhatə dairəsi genişlənir. Aidiyyatı qurumlar bunun süni şəkildə həyata keçirildiyini desələr də, problemin aradan qaldırılması yönündə işlər görülmür.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qiymət artımı və əhalinin sosial-məişət həyatının yaxşılışdırması ilə bağlı açıqlamasında bildirib ki, insanlarımız gündəlik aldıqları ərzaqların qiymətinin qalxmasını hər gün müşahidə edirlər.

 

Partiya sədrinin sözlərinə görə, əgər ayın əvvəlində bir məhsulun qiyməti tutaq ki, 2 manat olursa, ayın axırına qədər az qala 30 faiz qalxmış olur:

 

"Ən pisi də odur ki, belə hallara qarşı heç bir reaksiya verilmir. Hesab edirəm ki, bu cür qiymət artımı sünidir”.

 

Fuad Əliyevin fikrincə, qiymət artımı həm də Azərbaycan daxilində fəaliyyət göstərən iş adamları üçün çoxlu problemlərin olması ilə bağlıdır:

 

“Bir tərəfdən vergilər, gömrük rüsumu çoxdur, yaxud da kəndli öz təsərrüfatından əldə etdiyi məhsulu bazara çıxara bilmir. Çünki o, yollarda qanunsuz yoxlanışlara məruz qalır, ondan qanunsuz pullar - rüşvət tələb edirlər. Kəndli də özünün yetişdirdiyi məhsulu aparıb zavadlora vermir. Azərbaycan şirkətləri, iş adamları da məcbur olub xammalı xaricdən gətirirlər. Gətiriləndə də yolda vergilərlə, rüşvətlə rastlaşırlar. Və beləliklə də bazarda qiymət qalxır”.

 

Fuad Əliyev təklif edir ki, Nazirlər Kabineti Azərbaycan iş adamları üçün geniş imkanlar yaratmalıdır. Belə ki, kiçik və orta sahibkarlar vergidən azad olunmalıdır. Gömrükdə ümumi bir rüsum qoyulmalıdır ki, şirkətlər vergini ödəyə bilsinlər.

 

Partiya sədri bu gün iş adamlarına qoyulan rüsumun kəllə-çarxa çıxdığını qeyd edib. Bildirib ki, bizim gömrükdə gətirilən 300 dollarlıq mala 60 faiz rüsum qoyulub:

 

“Monoploiya, rüşvət, hamısı zəncirvari şəkildə qiymətlərin artımına, əhali arasında narazılığa səbəb olur. Məsələn pandemiyadan qabaq, xaricə, elə Türkiyəyə səfər edənlər bir çox hallarda gedib Gürcüstanın hava yollarından istifadə ediblər. Orda təyyarə qiymətləri daha ucuzdur. Məsələn, mən özüm Amerikaya səfər edəndə heç vaxt “AZAL”la uçmamışam. Amma normal qiymətlər olsaydı, biz o şirkətin xidmətindən istifadə edərdik. Bir neçə dəfə Rusiyaya gedəndə “AZAL”la getmişəm. Bu istiqamətdə də qiymət çox yüksəkdir”.

 

ALDP sədri məsələyı keçmiş iş adamı kimi də yanaşaraq, Azərbaycanda bütün sahələr üzrə məsələnin kökündə məmurlaşma və monapoliyaya alınmanın da dayandığını dedi:

 

“Mən keçmiş iş adamı olmuşam. Azərbaycana qayıdandan sonar 4 “minizavod”larım olub. Başlayanda normal iş gedirdi. Amma sonra monapoliya başladı və məcbur oldum ki, zavodları bağlayım. 150 işçim olub. Hökumətdən bir şey istəməmişəm. Öz pulum olub”.

 

Fuad Əliyev hesab edir ki, uğurlu işin qurulması üçün sadəcə islahatlar kökündən aparılmalıdır:

 

“Kadrlar düzgün seçilmir. Dövlət başçısı neçə icra başçsını dəyişdi. Özü qeyd etdi ki, bundan qabağkılar kimi işləsəniz, aqibətiniz onların aqibəti kimi olacaq. İcra başçıları tutuldu, mədəniyyət nazirliyinin bir neçə rəhbərləri saxlanıldı, taladıqları pulların bir qismini dövlətə qaytardılar. Amma sonra bu adamları buraxırlar, bunlar da çıxıb xaricə gedirlər. Lakin onlar öz əməllərinə görə cəza çəkməlidirlər. Təkcə 30-40 milyon qaytarmaqla olmur. Xalqın pulunun yeyilməsi də qiymət artımına səbəb olur. Bunun da cəzasını xalq çəkir”.

 

ALDP sədri hesab edir ki, bu vəziyyətdən çıxmaq üçün məmurları dövlətin pulunu geri qaytarmağa məcbur etməklə yanaşı, onları cinayət məsuliyyətinə də cəlb etmək lazımdır:

 

“Cinayət işlərinə görə tutulan məmurlar məsuliyyətə cəlb olunmalıdırlar. Gömrük rüsumu, vergi rüsumu azalmalıdır. Burda sistem, yanaşma dəyişməlidir. Niyə Gürcüstanda bunu edirlər, biz edə bilmirik? Tək Saakaşvili, bir il ərzində Gürcüstanı korrupsiyadan, rüşvətdən təmizlədi. Orda qiymətlər artır, maaşlar da paralel qalxır. Bu bizdə baş vermir. Rəqabət olmalıdır. İş adamlarına iş qurmağa imkan verilməldir. Bundan qazanan xalq olacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?