Bakı Ali Neft Məktəbi (BANM) 2022/2023-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə bu il də birinci olub.
Versus.Az xəbər verir ki, Prezidenti İlham Əliyevin 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərində təqaüdə layiq görülmüş tələbələrin 31 nəfəri BANM-də təhsil alır.
BANM-in Prezident təqaüdçülərindən 17 nəfəri İnformasiya təhlükəsizliyi, 12 nəfəri Biznesin idarə edilməsi, iki nəfəri isə Kompüter mühəndisliyi ixtisaslarının tələbəsidir.
Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. BANM bu il də siyahıya liderlik edir.
Ardıcıl ikinci ildir ki, hər üç Prezident təqaüdçüsündən biri BANM-i seçir.
Ali məktəblər üzrə Prezident təqaüdçülərinin sayını təqdim edirik: