"Ermənistanın sərhəddə törətdiyi təxribatlar bu ölkəyə etimadı tamamilə itirib"

11:27 10-10-2022 | icon 471 | Qarabağ
"Ermənistanın sərhəddə törətdiyi təxribatlar bu ölkəyə etimadı tamamilə itirib"

 

“Hələ ki, belə bir vəziyyətdə Ermənistan ən yaxşı halda  sülh müqaviləsinin imzalanması ilə bağlı mesajlar verir. Bunun necə hərbçilərə yansıyacağı, atəşkəsə necə riayət olunmasını isə görəcəyik. Görünən odur ki, yenə atəşkəsi pozublar. Amma hər dəfə də atəşkəsin pozulması ermənilərə baha başa gəlir. Ona görə də ermənilər üçün ən məqbulu bir az öncə sülh sazişini bağlamalarıdır”.

 

Bunu Versus.az-az hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib. Onun sözlərinə görə, ki, bu gün tətəflər arasında sülh yoxdursa, atəşksin pozulması mümkündür. Onun fikrincə, Sülh müqaviləsi imzalanmadıqca biz buna hazır olmalıyıq və ordumuz həmişə hazırdır.

 

Ekspert bildirib ki, hər bir sammitdən sonra Ermənistanın sərhəddə törətdiyi təxribatlar bu ölkəyə etimadı tamamilə itirib. Onun fikrincə, Ermənistanın təmas vəziyyətində atəşkəsi pozması halları bir-birindən fərqli deyil.

 

“Hər dəfə siyasi və hərbi fon olaraq vəziyyət eynilə təkrarlanıb və hər dəfə də atəşkəsin pozulmasında bir niyyətin olması gözlənir. Ermənistan sırf təmas vəziyyətində beynəlxalq güclərin, xüsusən sülhməramlı missiyası altında bölgəyə yerləşdirməsini yeni plan olaraq təklif edir. Ermənistan düşünür ki, Fransadakı görüşlərdən və Nensi Pelosinin Ermənistana səfərindən sonra ermənilər bir az da həvəslənmiş görünürlər. Onlar bunu etmək üçün sadə vəziyyəti  ssenariləşdirməlidirlər. Bunu isə təmas vəziyyətidə hunu atəşkəsi pozmaqla edirlər. Nəticədə beynəlxalq qurumlara, öz müttəfiqlərinə mesaj verirlər ki, biz sülhə başqa  cür nail ola bilmirik bura üçüncü qüvvə lazımdır. Təbii ki, bu da mümkün deyil. Çünki Ermənistanın ərazisində Rusiyanın hərbi qüvvələri var, həm də KTMT -yə üzv dövlətlər qarşısında öhtəlikləri var. Ona görə də bütün mümükün variantları axtararkən həbçilər də bu vəziyyəti atəşkəsi pozmaqla dəstəkləyirlər. Atəşkəsin pozulması onların siyasi xəttinə uyğun gəlir.  İndi baş verən proseslər onun üzərindədir. Ermənilər atəşkəsin pozulması ilə cəzalanmalarına, silahlı qüvələrimiz yeni dislokasiya mövqelərimizi nəzarətə götürmələrinə baxmayaraq bu atəşkısin pozulmaması yönündə addımlar ata bilmirlər”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI