"Bu cinayətlərə görə Ermənistanı beynəlxalq məhkəməyə verilsin!.."

11:45 05-10-2022 | icon 333 | Qarabağ
"Bu cinayətlərə görə Ermənistanı beynəlxalq məhkəməyə verilsin!.."

 

 

 

“Xocavəndin Ədilli kəndində tapılan kütləvi məzarlıq bir daha Ermənistan dövlətinin bütövlükdə terrorçu, cinayətkar mahiyyətini ordaya qoyur”.

 

 

Bunu Versus.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət faktlarından biri olan Ədilli kəndindəki kütləvi məzarlıqla bağlı məsələni şərh edərkən bildirib.

 

 

Politoloq qeyd edib ki, Ədilli kəndində tapılan kütləvi məzarlıq ermənilərin Azərbaycan daxilində azərbaycanlılara qarşı törətdiyi yeganə cinayət işi deyil. 

 

 

“Ermənistanın Azərbaycanda insanlıq əleyhinə törətdiyi vandallıq faktları kifayət  qədərdir. Düşünürəm ki, biz bu faktları beynəlxalq təşkilatlara olduğu kimi təqdim etməliyik.  Ermənistan əksər hallarda Azərbaycanla bağlı hadisələr uyduraraq bizim üzərimizə böhtan atmağa cəhd göstərir. Ermənilər uydurma faktlara əsaslanaraq ölkəmizə qarşı geniş kampaniya aprır və bunu son günlərdə müşahidə etdik. Bizim isə erməni cinayətlərini göstərmək üçün heç bir uydurma fakta, yaxud hansısa məlumatları şişirtməyə ehtiyacımız yoxdur. Çünki ortada insanlıq əleyhinə çox ciddi cinayətlər var və bunlar Ermənistan tərəfindən törədilib. Təbii ki, bu əməllərinə görə Ermənistan cavab verməlidir”.

 

M.Məmmədli hesab edir ki, Azərbaycanın tam haqqı var ki, bu cinayətlərə görə Ermənistanı beynəlxalq məhkəməyə versin.

 

“Bu faktlar bir daha təsdir edir ki,  vandal Ermənistan son 30 illik dövr ərzində yalnız torpaqlarımız işğalla kifayətlənməyib, həm də həmin əraziləri vandallıqla dağıdıb maddi-mənəvi irsimizə aid abidələri məhv edib, insanlarımıza qarşı ən  qeyri-insani cinayətlər, kütləvi qətliamlar törədib. Biz Ermənistanı bu cinayətlərə görə məhkəməyə verməliyik, bu bizim haqqımızdır. Beynəlxalq ictimaiyyət, xüsusilə də Ermənistanın təəssübünü çəkən beynəlxalq dairələri bu faktlarla tanış etməliyik və onlara  göstərməliyik ki, baxın, biz necə vəhşi bir dövlətlə müharibə etmişik. Baxın, hansı dövlət bizim ərazilərimizi işğal edib və bu gün də regionda davamlı sülhün əldə olunmasına maniə olur. Biz bu faktları yalnız daxili auditoriya üçün deyil, beynəlxlq müstəvidə, beynəlxalq mediada daha geniş işıqlandırmalıyıq”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI