“Azərbaycan öz tarixi torpaqlarına hüquqi iddia qaldırmalıdır”

13:15 06-10-2022 | icon 320 | Qarabağ
“Azərbaycan öz tarixi torpaqlarına hüquqi iddia qaldırmalıdır”

 "Rəsmi İrəvan bu bənd ilə əslində Bakıya qarşı Qərbin təzyiqini artırmaq və..."

 

Ermənistanın Baş nazirinin Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ötən gün rəhbəri olduğu “Haykakan Jamanak” qəzetində Azərbaycanın Ermənistan qarşısında qoyduğu 5 tələbi açıqlayıb. Həmin tələblər bunlardır: Qarabağdakı separatçıların silahlı dəstələri (“müdafiə ordusu”) buraxılır;  Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır; heç bir status olmur, hətta muxtariyyət belə. Ermənistan ərazisindən keçən dəhliz verir (Zəngəzur dəhlizi); Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir; İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir.

 

Maraqlıdır ki, Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞPA-da təmsil edən Naira Zöhrabyan da demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumat paylaşıb. Zöhrabyan da sərhədin delimitasiya və demarkasiyasının 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilməsi barədə qeyd edərək “bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır” deyib.

Heç şübhəsiz ki, ermənilərin xüsusi iddia ilə göstərdiyi həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Lakin bu gün Ermənistan tərəfinin Delimitasiya demorkasiya prosesinin 1919-20-ci il xəritələri ilə müəyyənləşməsi ilə bağlı məlumatları hansı məqsədlə bu dərəcədə maraqla paylaşır?

 

 

 

“Azərbaycan öz tarixi torpaqlarına hüquqi iddia qaldırmalıdır”

 

Siyasi şərhçi Azər Hüseynov Versus.az-a bildirib ki, Ermənistan daxilində siyasi hakimiyyətlə, hərbi hakimiyyət, eləcə də cəmiyyət arasında olan uçurumlar Ermənistanın danışıqlarda vahid bir mövqedən çıxış etməsinə əngəl yaradır.

 

O, eyni zamanda qeyd edib ki, ermənilərə xas olan danışıqlar prosesinə sadiq olmamaq, 30 illik təcrübənin göstəricisidir:

 

“Həm də bu işdə ermənilərin ordusu daxilində Rusiyanın 30 il ərzində formalaşdırdığı kadrların da öz işini gördüyünü deyə bilərik. Erməni cəmiyyətində post-müharibə dövründə bir sınma olsa da, hər zaman o revanşist ruhu cəmiyyətin daxilində saxlaya bilən qüvvələr var və zaman-zaman ortaya gələrək sülh prosesinin davamlı olmasına maniə yaradırlar”.

 

A.Hüseynov hesab edir ki, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşləri diplomatik prosesin tərkib hissədidir və təbii ki, bu davam etməlidir:

 

“Amma Azərbaycan son situasiyalardan belə bir nəticə çıxarmalıdır ki, Ermənistan üzərində hərbi pressinq davamlı  şəkildə saxlanmalıdır. Ermənistanın Cənubi Qafqazda silahsızlaşdırılması və hücum silahlarından məhrum edilməsi istiqamətində işlər görülməlidir.  Azərbaycanın qoyduğu 5 tələbə gəldikdə isə, bu, yeni geosiyasi situasiyanın göstəricisidir. Ermənistan bundan manipulyasiya etsə də, Azərbaycan öz tarixi torpaqlarına hüquqi iddia qaldırmaq haqqına, hüququna malikdir. Çünki bu tarixi torpaqlar legitim bir şəkildə Ermənistana verilməyib”.

 

 

"Ermənistan Bakının İrəvan qarşısındakı 5 şərti ilə manipulyasiya edir"

 

Politoloq Turan Rzayev açıqlamasında bildirib ki, rəsmi Bakı qeyd edilən tələbləri müxtəlif vaxtlarda dilə gətirib. 1-ci və 3-cü tələblər 10 noyabr bəyanatında öz əksini tapıb. 2-ci, 4-cü və 5-ci tələblər isə müxtəlif vaxtlarda Prezident İlham Əliyev tərəfindən dilə gətirilib.

 

Sözügedən 1919-1920-ci illərin xəritələri 1920-ci ilin 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb.

 

Buna baxmayaraq politoloq bu gün sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsini mümkün saysa da, real hesab etməyib:

 

“Ona görə ki, sərhədlər bu xəritələr əsasında təyin ediləcəksə, o zaman Zəngəzur dəhlizinə nə ehtiyac var?Mümkündür ki, rəsmi İrəvan bu bənd ilə əslində Bakıya qarşı Qərbin təzyiqini artırmaq, eyni zamanda danışıqlar prosesini öz xeyrinə dəyişmək istəyir. Yəni qeyd edilən 4 bənd real olsa da, sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil. Yaxud Azərbaycanın dövlət sərhədləri həmin tarixlərdə tanınıbsa, niyə də olmasın?”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI