"Ermənistan cəzalandırılmalıdır”-Açıqlama
 

12:18 11-10-2022 | icon 455 | Qarabağ
"Ermənistan cəzalandırılmalıdır”-Açıqlama 

 

 

“Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal siyasəti, vandalizmi, soyqırım siyasəti bu gün də torpağın alt qatından faktlarla üzə çıxır və erməni cinayətkarların cəzalandırılmasını tələb edir. Təkcə son 30 ildə Ermənistan Azərbaycan torpaqlarını təkcə işğal etməklə kifayətlənmədi, eyni zamanda həmin ərazilərdə qalan mülki əhalini deportasiya etdi, əsir götürdü, işgəncələrə məruz qoydu, orqanlarını çıxardı, olmazın işgəncələrə məruz qoymaqla məhv etdi. Ermənistan Azərbaycanda bəşər tarixində görünməyən cinayətlər törədib. Ona görə də II Nürinberq tribunalı tələb edilməli və

Ermənistan cəzalandırılmalıdır”.

 

 

Bunu Versus.az-a tədqiqatçı alim Yasəmən Qaraqoyunlu Xocavəndin Ədilli kəndində tapılan kütləvi məzarlığın ermənilər tərəfindən tarixən türklərə, müsəlman azərbaycanlılarına qarşı davam edən soyqırımların, qırğınların xronologiyasına nəzər salıb şərh edərkən qeyd edib.

 

“1850-ci illərdən başlamış 1920-ci illərə qədər ermənilər Osmanlı torpaqlarında böyük soyqırımlar həyata keçirdilər. Osmanlının Adana Çuxurova bölgəsində qırğınlar törədib orada bir Kilikiyə erməni dövləti yaratmağa cəhd göstərdilər. Osmanlının Şərqi Anadolu bölgəsində  batı Ermənistan dövləti yaratmaq planlarını həyata keçirtmək istədilər. O bölgədə də çoxsaylı türk müsəlmanının qətlini həyata keçirdilər. Ermənilər eyni zamanda Güney Azərbaycanın Urmu bölgəsində 300 min türk-müsəlman qətliamı həyata keçirdilər. Eləcə də Quzey Azərbaycanda- Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Naxçıvanda, İrəvanda və digər bölgələrimizdə böyük soyqırımlar həyata keçirdilər. O cümlədən, Kərkükdə, Türküstanda-Fərqanədə soyqırımlar həyata keçirdilər.  30 min Fərqanə şəhər əhalisini soyqırıma uğratdılar.  Ermənilərin törətdiyi soyqırımlar haqqında məlumatlar toplandıqda bəli olur ki, 50 il içərisində 5 milyona yaxın türkü soyqırıma uğratmışlar.  Ermənilərin soyqırımları I və II Qarabağ müharibəsində törədildi. Xocalı, Başlıbel soyqırımlarının yarası hələ təzədir. Beləliklə, Qarabağ müharibəsində Azərbaycan toplam olaraq 25 min şəhid verib. Eləcə də ermənilərin Gəncədə, Bərdədə mülki əhalinin yaşadığı yerlərə atdığı raket zərbələrindən ölənləri də bura əlavə etsək son 100 ildə ermənilər sistemli şəkildə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirmişlər.

Bütün bu soyqırımlara görə ermənilər beynəlxalq hərbi tribunala verilməlidir”.

 

Y.Qaraqoyunlu II dünya müharibəsi dövründə SSRİ, ABŞ, İngiltərə dövlətləri tərəfindən yaradılan trubunallar və həmin tribunallarda müharibə cinayətlərinə görə aparılan mühakimələrə diqqət çəkib.

 

“Bu tribunallardan biri də Nürinberq tribunalıdır. Nürinberq tribunalı müharibə dövründə bəşəriyyət əleyhinə törədilmiş cinayətlərə görə cəza vermək, bu cinayətləri müəyyənəşdirmək üçün yaradılmış bir tribunaldır. Nürinber tribunalının birinci maddəsi sülh müqavilələrini, sazişlərini pozmaq, Sülh əleyhinə müharibə planşalşdırma, başlama və aparmaları ilə bağlıdır. Məhz Ermənistan Cənubi Qafqazda sülhü pozmuşdur, eyni zamanda Azərbaycan əleyhinə müharibə planlayıb, başlayıb və aparıb. Ona görə də ermənilərin törətdiyi cinayətlərə görə yeni tribunallar yaradılmaqla Ermənistan ittiham olunmalıdır. Nürinberq tribunalında eyni zamanda müharibə nətisəcində həyata keçirilmiş cinayətlər nəzərdə tutulur. Ermənilər Azərbaycanda müharibə apararkən bir çox ərazilərimizdə dinc sakinlərimiə qarşı cinayətlər həyata keçirmişlər. Xocəvənddə tapılan məzarlıqlar da bu hərbi cinayətləri sübut edən faktdır.

Eyni zamanda Nürinberq tribunalında əsas götürülən müddüəlardan biri də bəşəriyyət əleyhinə cinayətlərdir. Belə ki, işğal edilmiş ərazilərdə mülki əhalinin öldürülməsi, deportasiya edilməsi, əsir -girov götürülmüş insanlarımızın işgəncələrə məruz qoyulması, insanların itkin düşməsi və qeyri insani hərəkətləri ifadə edir. Ermənilər bu hərəkətləri Xocalıda həyata keçirdi. Bütün bunlar əsas verir ki, biz Ermənistanın cinayətlərinə qarşı yeni bir tribunalın açılmasına çağırış edək, dünya xalqalarına, dünya cəmiyyətlərinə BMT-yə müraciət edək. Biz ermənilərin Cənubi Qafqazda türk müsəlmanlarına qarşı cinayətlər həyata keçirdiyini, həmçinin Qarabağ müharibəsində dinc əhaliy qarşı həyata keçirdiyi soyqırımları, işgəncələri barədə məsələ qaldırıb ermənilərər cəza tələb edək. 1988-93-cü illərdə mülki əhaliyə divan tutulub. 1 milyondan artıq azərbaycanlı öz evindən qaçqın salınıb, abidələrimiz, sərvətlərimiz dağıdılıb. Ermənistan BMT-nin, Hərbi cinayətlərin araşdırılması ilə bağlı təşkilatlarda beynəlxalq ittihama və qınağa çəkilməlidir. Bütün bunlar Nürinberq tribunalının 6-cı maddəsi ilə təsbit edilir.  Eyni zamanda beynəlxalq aktlar var: Sülh və bəşəriyyətin təhlükəsizliyin əleyhinə cinayətlər məcəlləsi və Beynəlxalq məhkəmənin 17 iyul 1998-ci il tarixli Roma statusuna görə də Ermənistanın Qarabağ və onun ətrafında olan 7 rayonunda törədilən cinayətləri öz hüquqi qiymətini almalıdır”.

 

 

Y.Qaraqoyunlu erməni cinayətlərini özündə əks etdirən faktlara əsaslanaraq, bir daha bildirib ki, erməni milləti, Ermənistan bu cinayələrə gör cavab verməlidir.

 

“Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verib, hüququ cəza alması üçün məsələ qaldırmalıdır. Çünki Ədilli kəndində tapılan kütləvi məzarılıqlar Ermənistanın vandal, bəşəriyyətə qarşı olan cinayətləri nəticəsində Azərbacanın hər yerində var. Hələ 1904-1905-ci, 1918-20-ci illər ermənilərin törətdiyi qırğınları təsdiq edən məzarlıqlar var. Son 30 ildə erməni işğalı nəticəsində bu gün Bakıda salınan Şəhidlər Xiyabanında 1918 -ci il 31 mart qırğınında ermənilər tərəfindən qətlə yetirilən, soyqırımına məruz qoyulmuş 12 min müsəlman azərbaycanlısı basdırılmışdı. Azərbaycanın hər bir yerində, Azərbaycan arxioloqları bir çox kütləvi aşkar edib qeydə almşlar. Quba məzarlığı da onlardan biridir. Və Edilli kəndində taılan 3-cü kütləvi məzarlıqlar erməni vəhşiliyinin davamıdır. Erməni daşnaqlarının bu gün dünyaya hay salaraq uydurma soyqırımını az qala dünyanın bir çox ölkələrinə tanıtma cəhdlərinin qarşısında Azərbaycan və dünya türkləri erməni soyqırımlarını əyani faktlarla sübuta yetirməlidir və bunun üçün əlimizdə kifayət qədər sübutlar var”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI