Makron dövlət maraqlarını erməni lobbisinə SATDI
Ramil Hüseynov: "Makronun nankorluğu, riyakarlığı ilk deyil"
"Mənşəyi və mənbəyi bəlli olmayan "millətin" teror qrupunun əsirinə çevrilmiş şəxs ölkə başçısı statusunu qazana bilməz".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov deyib.
Partiya sədri bildirib ki, Fransa dövlətçilik tarixinə malik olan ölkə olsa da, bunu fransa xalqı dərin təhlil etməli, ölkənin kimlərin nəzarəti altında olduğunu düşünməlidilər. Çünki tarix baş verənlərdən dərs çıxara bilməyənləri bağışlamır:
"1933-ci ildə Adolf Hitler və rəhbərlik etdiyi nasistlər seçki yolu ilə hakimiyyətə gəldilər. Sonrakı dövrdə bunun Almaniya üçün necə böyük fəlakətə səbəb olduğunu bütün dünya gördü. Bu gün reallığ odur ki, prezident Emmanuel Makron Fransanın dövlət maraqlarını tərəddüd etmədən erməni lobbisinə satıb. Erməni xislətinin, xəstə ideologiyasının əsirinə, girovuna çevrilib. Fransa kimi bir dövlətin taleyi, gələcək aqibəti sual altındadır. Düzdür, Makronun nankorluğu, riyakarlığı birinci dəfə deyil özünü göstərir. Ancaq Fransa prezidentlərinin heç biri Makron qədər siyasi simasız olmayıb. Bu da onu göstərir ki, Makron öz iradəsinə hökm edə bilmir. Bunun başlıca səbəblərindən biri Makronun siyasi xarizmaya malik olmamasıdır".
YYP sədri vurğulayıb ki, Fransua Mitteran, Jak Şirak Fransa siyasi tarixində özünəməxsus çəkiyə malik olublar. Çünki bəlli xarizmaya malik olublar:
"Nikola Sarkozi daha çevik prezident təəssüratı yaradırdısa, Fransua Olland ziyalı tipajına malik bir prezident idi. Ancaq sadalanan keyfiyyətlərin heç birı Makronda yoxdu. O üzdən, onun ölkəyə rəhbərlik etməsi Fransaya utancdır".
R.Hüseynov qeyd edib ki, Makronun nə siyasi ədəb-ərkandan, nə siyasi davranış qaydalarından, nə də siyasi etikadan xəbərəniz yoxdur. Bu, Fransa xalqı üçün utancverici bir hadisədir:
"Uzun illərin dövlətçilik ənənəsinə malik olan bir dövıəti belə obyektivliyi öz hisslərindən irəli gələn maraqlara qurban verən şəxsə etibar etmək müasir dünyada ciddi fəsadlara gətirib çıxardacaq. Əslində Azərbaycanın uğurlu diplomatiyasını həzm edə bilməyənləri, şanlı ordumuzun qələbəsinə qəbullanmayanları biz çox gözəl tanıyırıq".
Partiya sədrinin sözlərinə görə, Makronun ikili standartlarla siyasi riyakarlıqla oynadığı oyunlar, yanaşmalar arxivə çevrildi:
"Biz öz xalqımızın birliyi və həmrəyliyi ilə ədalətli mübarizədə qalib gəldik. Torpaqlarımızı azad etdik ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra da müdrik xalqımız bu cür təxribatçı düşmənləri nəzərə alaraq birliyimizin, həmrəyliyimizin möhkəmlənməsi istiqamətində lazımi addımları atacaq.
Şanlı odlar diyarı Arbaycan uğrunda!"
PƏRİ
Versus.Az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi