“Qarabağ danışıqları “quş qoymaq” xatirinə olan söhbətlərdən o yana keçmir”

16:58 17-11-2017 | icon 545 | Siyasət
“Qarabağ danışıqları “quş qoymaq” xatirinə olan söhbətlərdən o yana keçmir”

“Ərdoğanın bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır. Amma Qarabağ məsələsinin həlli təkcə bir görüşlə baş tutan deyil”.

Bunu Versus.Az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə apardığı müzakirələrin Türkiyə mətbuatında işıqlandırılması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürmüş olan fikirlərə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib. Partiya sədri vurğulayıb ki, bu cür informasiyalar Türkiyə mətbuatında indi üzə çıxsa da, bundan öncə Azərbaycan mətbuatı və politoloqları bir qədər irəli gedən məsələləri önə çıxarıblar:

“Habertürk” qəzeti Türkiyə prezidentinin görüşlə bağlı fikirlərini yayıb. Ərdoğan tərəflərin tutduğu mövqe ilə əlaqədar Putinin çox da ümidli olmadığını deyib. Əslində Ərdoğan deməli idi ki, “Putin Qarabağ münaqişəsinin həllini istəmir”.  Rusiya bu məsələni həll etmək istəmdiyi üçün proses bu cür də davam edəcək. Danışıqlarda səslənən fikirlər daimi qabardılan məsələlərdir və ortalıqda bir şey yoxdur. Qarabağ danışıqları “quş qoymaq” xatirinə olan söhbətlərdən o yana keçmir”.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə keçirilib. Noyabrın 22-də isə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?