Nazirlikdən valideynlərə “WhatsApp” qadağası
Rusiya Təhsil Nazirliyi müəllim və valideynlərə “WhatsApp” da daxil olmaqla bütün xarici messencerlərdən (o cümlədən “Viber”, “Skype”, “Google Drive” və s.) təhsil prosesində və ya iş yerində istifadə etməyi yasaqlayıb. Qurum “VKontakte” istifadəsinə keçməyi tövsiyə edib.
Əvvəl belə tədbirlər Rusiyanın ayrı-ayrı vilayətlərində (Sankt-Peterburq, Nijni-Novqorod, Kursk və s.) görülüb. Belə ki, regional təhsil idarələri məktəb, kollec və universitetlərdən xarici internet xidmətlərindən istifadənin dayandırılması tələb edib. Rəsmilər buna səbəb kimi təhlükəsizliyi göstəriblər.
Təhsil Nazirliyi ölkə boyu bütün məktəblərdə xarici messencerlərdən istifadə etməmək barədə tövsiyələrin yayılmasını təsdiqləyib, lakin bunu yalnız “Mənim Məktəbim” dövlət sistemi və onun komponentləri ilə işləməyə aid olduğunu iddia edib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi