"1-ci və 2-ci Qarabağ şəhidlərinin məzarları ziyarət olunub"
15:17 19-10-2022
|
1246 |
Şəhidlər və şahidlər
Versus.az xəbər verir ki, Torpaqlarımızın azadlığı uğrunda xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən qəhrəmanlarının əziz xatirəsini əbədiləşdirmək məqsədilə Cəlilabad rayonunun Babalı kəndində bulaq kompleksinin açılışı olub.
Abidə-bulaq kompleksinin açılışında 68 saylı Cəlilabad kənd seçki dairəsindən seçilmiş deputat Elman Nəsirov, Cəlilabad rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları, şəhid ailələri ilə işinin təşkili şöbəsinin müdiri Füzuli Cəfərov, Hüquq mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və kənd camaatı iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
Deputat vurğulayıb ki, ölkədə 13 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə və ya fərdi evlə təmin edilib, 7500-dən çox qaziyə avtomobillər təqdim olunmuşdur. Millət vəkili çıxışında onu da qeyd etmişdir ki, bu proses Ali Baş Komandanın rəhbərliyi altında bundan sonar da ən yüksək səviyyədə davam etdiriləcəkdir.
Sonda Babalı kənd qəbiristanlığında 1-ci və 2-ci Qarabağ şəhidlərinin məzarları ziyarət olunub, xatirələri ehtiramla anılıb.
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi