Atatürk Cümhuriyyətinin 100 yaşında TURAN REALLIĞI

22:11 28-10-2022 | icon 463 | Cəmiyyət
Atatürk Cümhuriyyətinin 100 yaşında TURAN REALLIĞI

 


Milli Məclis sədrinin müavini, professor
Fəzail İbrahimli yazır

 

Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Gerçəkdən Şəqrın ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin çöküşündən sonra Türkiyə Cumhuriyyəti Türk Dünyasında Ay-Ulduzlu bayrağı yüksəldən yeganə məqam oldu.

 
 
 
Atatürk Türk xalqlarının XX əsrdə dünyaya verdiyi bir türk dahisidir. Türk adını millətlərin və xalqların demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti ilə həkk edildi, ardınca Atatürk bu imzanı əbədi olaraq dünya xəritəsinə yazdı. Doğrudan da, bugünkü Türkiyə varlğına görə göydə Tanrıya yerdə isə Atatürkə borcludur. O, məhv olmaq təhlükəsinə rəğmən bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərimizin tamamilə yox olmasına dur deyə bilmişdir. O zaman üçün önəmli olan dünyada bir Türk dövlətinin olması idi. Atatürk də çalışırdı ki, həmin zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun və yaşatsın. Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kimi ifadə etmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmağa hazır olmalıdırlar: “Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir”. Mustafa Kamalın bu fikirləri göstərir ki, o, heç zaman türklüyü Türkiyə türklüyü ilə məhdudlaşdırmamışdır. Əksinə, ustadı Ziya Gökalp kimi türklüyü Turan ülküsü kimi daha geniş anlamda götürmüşdür.
 
 
XX əsrin əvvəllərində böyük fikir adamlarımızın min bir müşkilatla qoruduqları istiqlal ideyası əsrin sonunda gerçəkləşdi və Atatürk Cumhuriyyetinin bayrağı ilə birgə daha 5 Ay Ulduzlu Türk bayrağı dünya siyasi xəritəsində yer tutdu. Bu dönəmin aparıcı gücü yenə də Türkiyə və Azərbaycan oldu. Ümummilli lider Heydər Əliyevin “Bir Millət, iki Dövlət” deyə dəyərləndirdiyi dövlətlərarası münasibət artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilmişdir. Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa calışmışlar. “Sürix protokolları”- Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq , işğalçı Ermənistanın blokadadan çıxarmaq məqsədini ortaya qoyan protokol Azərbaycan – Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gedişlər etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Bir neçə il öncə prezidentlər səviyyəsində keçirilən mühüm bir toplantıda Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə əleyhinə əsassız fikirlər səsləndirərkən, Azərbaycan prezidenti İlham Əliyev dərhal buna reaksiya verərək, "Türkiyə nümayəndəsi toplantıda yoxdur, amma mən burdayam” deməsi iki qardaş dövlət arasındakı münasibətləri tam ehtiva edir.
 
 
100 il öncə Bakının azad olunmasında, Çanaqqala savaşında çiyin-çiyinə duran iki dövlətin bir millətə mənsub qəhrəman əsgərlərin ruhu bu gün Azərbaycanın Zəfər Savaşında Bakı və Ankaranın diplomatik savaşda birgə qələbəsindən şad oldu. Qarabağın azadlığı, həm də gələcək xəyallarımızın gerçəkləşməsi yolunda ümid çırağını yandırmış oldu. Bu qələbə ilə, yüz illərdir bu yolda vətən sağ olsun deyib şəhadət şərbətini içən şəhidlərimizə olan vəfa borcumuzu qaytardıq. Bu qələbə həm də alnımıza vurulmuş namus ləkəsini silib, bizi böyük bir utancdan qurtarmış oldu. Bu arzumuzu gerçəkləşdirən, şəhadət şərbətini içib, qanı ilə Qarabağda zəfər dastanını yazan, müzəffər Azərbaycan ordusuna alqış deyir və şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirik. Bu Zəfər Türk Dünyasında 100 ildən sonra ikinci yüksəliş dalğası yaratdı.
 
 
Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Bununla da türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti 100 il ərzində dayandırıldı. Artıq bu gün Zəngəzur regionunda Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da bu reallığın bariz təcəssümüdür. Eləcə də bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazmaqdadır. Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı. Bu günkü dünyanın siyasi düzənində Türk Dünyasının yeri və birliyi Atatürk Cümhuriyyətinin layiqli lideri Rəcəb Tayyub Ərdoğn tərəfindən dəqiq ifadə olunmuşdur: “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.
 
 
 
2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalandı. Bu Sazişdən İstanbul zirvəsinə qədər qət edilən zaman məsafəsində isə türk dövlətləri xeyli səmərəli addımlar atdılar. Məhz o addımların, birlikdə verilən qərarların nəticəsi olaraq Türk Dövlətləri Təşkilatı (TDT) bu gün həm bölgənin, həm də elə dünyanın ehtiyacı olan bir birlik halına gəlib. Dünyada cərəyan edən proseslər türk dövlətlərinin də birgə təhlükəsizlik sistemi qurması, həmçinin ortaq ordu yaratması zərurətini ortaya çıxarır. Ötən müddət ərzində əldə edilən uğur onu deməyə əsas verir ki, türk dövlətləri qardaşlıq əlaqələrini daha da gücləndirərək yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzalayaraq türk birliyini daha da gücləndirməlidirlər. Təbii ki, Türkiyə-Azərbaycan qardaşlığı, bu qardaşlıqdan doğan Şuşa Bəyannaməsi TDT-nin daha da güclənməsində əsas rol oynayır.
 
 
 
Müasir dünya artıq ümumbəşəri dəyərlərlə yaşadığmı çox tez-tez bəyan etsə də, reallıq çox zaman bunun əksini göstərir – son illərin beynəlxalq təcrübəsi dönə-dönə sübut etdi ki, milli ehtiraslar dünyanın siyasi xəritəsini dəyişməyə, böyük fəlakətlər törətməyə qabildir. Demokratiya, azadlıqlar, insan hüquqları kimi anlayışlar Qərb cəmiyyətləri üçün əhəmiyyətlidir. Xüsusilə, demokratiyanın beşiyi sayılan Avropa dövlətləri davamlı olaraq başqa ölkələrin demokratiyalarını sərt tənqid edir, hər zaman daha irəli demokratiya tələb edirlər. Avropanın türk dünyasına, özəlliklə müsəlman aləminə olan münasibətini yaxşı bilirik. Qədim və şərəfli bir keçmişi olan, zaman-zaman çətin anlardan ləyaqətlə çıxan qəhrəman millətimiz Türk qürur və şüuru, Türk əxlaq və fəziləti, Türk millətçiliyi, idеologiyası ilə bu durumdan da alnıaçıq, üzüağ çıxacaq. Bu kеçmişdə bеlə olub, gələcəkdə də bеlə olacaq.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?