“Təəssüflər olsun ki, illər keçdikcə xalqımız mübarizliyi itirdi”
15:26 16-11-2017
|
508 |
Siyasət
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Versus.Az-ın məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət, partiyanın Gənclər Təşkilatı sədrinin hesabatı və 17 noyabr Milli Dirçəliş Gününə hazırlıq məsələsi müzakirə olunub.
ALDP sədri bildirib ki, 17 noyabr 1988-ci ildə meydana toplaşan yüz minlərlə insan həqiqi mənada qəhramanlıq nümayiş etdiriblər:
“Çünki həmin dövrdə, Sovet imperiyasının hələ güclü olduğu bir vaxtda küçələrə çıxıb öz etirazını bildirmək hər bir xalqın hünəri deyildi. Sonra Sovet imperiyası var gücü ilə meydana toplaşanları dağıtdı. Buna baxmayaraq xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi. Çox təəssüflər olsun ki, illər keçdikcə xalqımız mübarizliyi itirdi. Qarabağ məsələsi həll olunmayıb, maaşların və təqaüdlərin az olması, qiymətlərin gündən-günə qalxması, rüşvət və korrupsiya hallarının artdığı bir dönəmdə xalq etirazını bildirmir. Gələcəyə inamsızlıq hardasa müxalifətdə daxili intriqalara gətirib çıxardıb, amma ən əsası bugünki iqtidarın təzyiqlərinə görədir”.
Fuad Əliyev toplantı iştrakçılarına maarifləndirmənin gücləndirilməsini, vətəndaşlarla aktiv ünsiyyət qurulmasını tövsiyyə edib:
“İkinci milli dirçəliş dalğası bizimlə – Azərbaycan Liberal Demokra Partiyası ilə gələcək”.
Daha sonra ALDP Gənclər Təşkilatının (GT) sədri Murad Əliyevin hesabatı dinlənilib. Onun sözlərinə görə, noyabda 11 nəfər ALDP GT-na üzv olublar.
Toplantıda bəzi təşkilatı məsələlərə də baxılıb.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...