Sənədsiz evlərlə bağlı problem qaldırıldı

17:10 17-11-2022 | icon 409 | Sosial
Sənədsiz evlərlə bağlı problem qaldırıldı

“Azərbaycanda, xüsusilə, paytaxt Bakıda sənədsiz evlərin sayı həddən artıq çoxdur. Bu problem Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib. 

 

Deputat bildirib ki, 2015-2019-cu illərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. 

 

“Həmin dəyişiklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Bu fəaliyyət davam etdirilməlidir. Hələ də sənədsiz evlər çoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılıb. Təəssüflər ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub”, - deyə o əlavə edib. 

 

Deputat sənədsiz evlərlə əlaqədar problemin həlli üçün prosesin davam etdiriləcəyinə ümidvar olduğunu deyib. 

 

“Sənədsiz evlərin sənədləşdirilməsi bir çox problemlərin həllinə kömək edə bilər. Bu, daşınmaz əmlak bazarını canlandırar”, - deyə Kamran Bayramov fikrini yekunlaşdırıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi