Milli Dirçəliş gününə həsr olunmuş Dəyirmi Masa
KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Milli Dirçəliş gününə həsr olunmuş Dəyirmi Masa keçirilib.
Versus.Az-ın məlumatına görə, Dəyirmi Masada KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, AXP sədri Pənah Hüseyn, AĞ partiya başqanı Tural Abbaslı, GAP sədri Ağasif Şakiroğlu, tanınmış ziyalılar Türk Aydın, Ramiz Tağıyev, Sərdar Əlibəyli, Xəzər Təyyublu və digərləri çıxış ediblər.
Dəyirmi Masa iştirakçıları Meydan hadisələrinin önəmi barədə öz fikirlərini bildiriblər. Azadlıq Partiyasının sədri çıxışında bildirib ki, Meydanın əsas tələblərindən biri Müstqil Azərbaycan dövlətinin qurulmasına nail olunub. Qarşıda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda modern rifah dövlətinin qurulması, Vahid Azərbaycan Dövləti kimi möhtəşəm məqsədlər dayanır.
Dəyirmi Masa iştirakçıları Milli Azadlıq Hərəkatının bütün iştirakçılarına sevgi və sayğılarını bildiriblər.
İlahə
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...