“Bu hiyləsi Ermənistanın öz başında çatlayacaq”

22:05 24-11-2022 | icon 553 | Qarabağ
 “Bu hiyləsi Ermənistanın öz başında çatlayacaq”

 

 

Ermənistan və havadarları regionda vəziyyətin gərgin olaraq qalması üçün əlindən gələni edir. Məlum olduğu kimi Soçi görüşündən sonra, noyabr ayında Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin növbəti Brüssel görüşü nəzərdə tutulurdu. Bu görüş ərəfəsində regionda baş verənlər və tərəflərin səsləndirdiyi mövqelər birmənalı olaraq mübahisəlidir. Bu, görüşdən hansı gözləntilərin olacağından xəbər verir? Yaxud, İlin sonuna qədər sülh istiqamətində növbəti addım atıla bilərmi?

 

 

Versus.az xəbər verir ki, hərbi-siyasi ekspert Telman Qasımov açıqlamasında bildirib ki, noyabrın sonuna nəzərdə tutulan Brüssel görüşləri  baş tutmaya bilər. Onun fikrincə, Ermənistan tərəfi öz revanşist, hiyləgər siyasətini belə davam edərsə noyabrın sonuna gözlənilən sülh sazişindən də danışmağa dəyməz.

 

Ekspert qeyd edib ki, Soçi görüşlərinə qədər Paşinyanın ritorikasında daha çox sülhə çağırış, daha çox sərhədlərin delimitasiya, demorkasiya məsələləri var idi və o, regional beynəlxalq kommunikasiyaların açılmasına tərəfkeş olduğunu daim vurğulayırdı. Amma Soçi görüşündən sonra vəziyyət dəyişib.

 

“Xüsusən də 13-14 sentyabr hadisələrindən sonra iki ölkə arasında olan münasibətlərin daha da normallaşmasına yönəlik aktivlik göstərən Paşinyan, Soçidən Ermənistana qayıdandan sonra ittihamlar irəli sürüb Azərbaycanı terrorçuluqda günahlandırdı.  Guya ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin həyatını təhlükə altında qoyacaq, Qarabağda qalan ermənilərə qarşı soyqırım törədəcək. Paşinyan ona görə belə danışır ki, sentyabrdan sonra Ermənistanın siyasətində aktivlik başlandı. Ermənilərin Qərbə, Avropaya diplomatik səfərləri, ardınca Fransanın yersiz qətnaməsi, Makronun “Fransa 24” kanalındakı çıxışları erməniləri daha da ruhlandırıb. Düşündülər ki, iş bitib, Qərb Ermənistanın arxasındadır, ermənilərə dəstəkdir və Rusiya ilə razılaşdırılmış siyasət yürütsələr Azərbaycana qarşı revanşist siyasətlərini davam edə bilərlər.  Ermənilər bir şeyi unudurlar ki, 44 günlük müharibədə kapitulyasiyaya uğrayan elə məhz Ermənistanın özüdür”.

 

T.Qasımov Paşinyanın hər görüşdən sonra fərqli bəyanatlar verməsini onun  özünü idarə edə bilməməyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Paşinyanın arxasında duran İran, Fransa və digər ölkələr ona qol -qanad veriblər ki, nə istəyirsən danış,  arxandayıq, lazım gələrsə, sənə hərbi dəstək verməyə hazırıq.

 

“Təbii ki, bunlar hamısı yalandır, boş şeylərdir.  Çünki, nə İran, nə Fransa, nə ABŞ heç vaxt razılaşmaz ki, onun əsgəri gəlib Ermənistanla başqasının torpağında həlak olsun. Heç bir Fransa əsgəri də gəlib erməni xaqı üçün ölməyəcəkdir.  Çünki Ermənistan dünya üçün çox kiçik bir dövlətdir, heç kəs üçün etibarlı mütəfiq deyil.  Burda təbii ki, maraqlar başqadır. Bilirik ki, Ermənistana olan bütün bu dəstəklər hamısı Türkiyəyə qarşı yönəlib. Türkiyənin regionda gücü artmaqdadır və bunun əleyhinə olan ölkələr məhz Fransa, ABŞ, İrandır. Ona görə də hazırda Ermənistanı “primanka” kimi önə çıxarıblar”.

 

T.Qasımov Ermənistanın sözünə, imzasına hörmət etməyən cinayətkar bir dövlət olduğunu nəzərə alaraq, onun müstəqil şəkildə hansısa sülh sazişinə gələcəyini düşünmədiyini önə çəkib. O, bildirib ki, Paşinyan Brüsseldə özünü “sülh tərəfdarı”, “sülh göyrəçini”, yazıq bir ölkə kimi göstərsə də, geri qayıdanda tamam başqa mövqedə dayanır.

 

“Ona görə də Paşinyanın bu ağılla gedib hansısa təkliflə çıxış edəcəyini, yaxud razılaşacağını gözləmirəm. Paşinyanın manevrləri vaxtı uzatmaq, daha çox havadar qazanıb, havadarlarını regionda möhkəmlətmək məqsədi daşıyır. Amma düşünmür ki, bu hiyləsi Ermənistanın öz başında çatlayacaq”.

 

Ekspert qeyd edib ki, hazırda Ermənistan-Azərbaycan arasında sülh sazişinin hazırlanmasına dair iki paketdən ibarət sülh layihəsi üzərində danışıqlar gedir.

 

“Paşinyan nə ABŞ-ın təklif etdiyi paketə yox deyir, nə də ki Rusiyanı incik salmır. Hiyləgər siyasəti ilə çalışır ki, Rusiyaya daha çox üstünlük versin. Soçi görüşündə Rusiyanın təklif etdiyi sülh müqaviləsi paketində, 15-ci bənddə Qarabağın statusunun gələcək nəsillərə saxlanılması məsələsi var idi. Azərbaycan prezidenti İlham Əliyev çox qətiyyətlə, siyasi güc göstərməklə  həmin bəndin çıxarılmasına nail oldu. Azərbaycan diplomatiyası burda uğurlar qazandı, cənab Prezident dedi ki, Qarabağ məsələsi  artıq keçmişdə qalıb, bizim belə bir problemimiz yoxdur.  O ki qaldı, Qarabağdakı ermənilərin təhlükəsizliyinə və qalıb ərazidə bizim vətəndaş kimi yaşamasına, özüm buna qarantam: necə digər xalqlar, ermənilər də qalıb Azərbaycan ərazisində Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər”.

 

T.Qasımlı regionun mövcud geosiyasi mənzərəsində Rusiya prezidentinin KTMT sammitində iştirak etmək üçün Ermənistan səfərində Paşinyanın əlini, “zehnini” möhkəmləndirmək xarakterli gediş edəcəyini inkar etməyib. Onun fikrincə, bu sammitdən sonra Paşinyanın çıxışlarında hansı mövqenin sərgilənməsi ilə çox məsələlər aydın olacaq.

“Bütün hallarda bu gün Qarabağda sülhməramlıların müvəqqəti missiyasında olan ərazilərdə erməni silahlılarının hansı oyunlardan çıxdığını görürük. Erməni silahlıları, qondarma rejimin rəhbərləri silahı yerə qoymaq fikrində olmadıqlarını açıq bəyan edirlər. Xankəndində mərkəzlər yaradıb, aksiyalar keçirir, müdafiə ehkamları qururlar. Bunlar kimin nəzarətində olan ərazilərdə baş verir. Əlbəttə ki, Rusiya üslhməramlılarının. Əslində o kontingent sülhmərəmlı missiyasında deyil. Lakin Azərbaycan özünün qəti mövqeyini bildirib və hələ ki, üçtərəfli sazişin icra olunmasını gözləyir. Əgər bu baş verməsə, Azərbaycan özünün sərhədləri daxilində-Qarabağda qalan qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirməyin yolunu yaxşı bilir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il