Rusiya prezidentinin İrəvana gəlməsi...
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin KTMT-nin sammitində iştirak etmək üçün İrəvana səfər edib. Rusiya hərbi kontingentinin Qarabağda olan qeyri-qanuni silahlı birləşmləri və ermənilərlə birgə qurduqları oyunlar, Rusiyanın danışıqlar masasına təqdim etdiyi “sülh müqaviləsi paketinin” mətnində yer alan arzuolunmaz təkliflərə nəzər salsaq, Putinin Ermənistan səfərində bizə hansı sürprizləri vəd etməsi də maraqla izlənir. Rusiya prezidentinin İrəvana gəlib Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etməsi, Paşinyanın Brüssel səfərindən öncə təlimatlandırılması və Brüssel görüşünə təsir kimi dəyərləndirilə bilərmi?
Versus.az xəbər verir ki, politoloq Mətin Məmmədli bildirib ki, KTMT-nin üzv dövlətlərinin İrəvanda keçirilən toplantısında Rusiya prezidentinin iştirakı belə bir həssas proseslərin fonunda maraq və diqqətlə qarşılanır. Politoloq qeyd edib ki, onu da nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesi davam edir.
“Ermənistann revanşist mövqeyi üzündən sülh prosesində ciddi maniələr mövcuddur. Məhz bu problemlər üzərindən də sülh danışıqlarının dinamikası zəifləyib. Rusiya danışılar prosesində əsas vasitəçi dövlətlərdən biridir. Rusiyanın iki ölkə arasındakı problemlərin həlli ilə bağlı öz yanaşması var. Təəəssüf ki, həmin variant bölgədə davamlı sülhün yaranmasına xidmət etmir. Ermənistan hakimiyyətidə bu barədə baş nazir səviyyəsində açıqlamasında qeyd edib ki, Rusiyanın təklif etdiyi sülh varintında Qarabağın statusu məsləsi sonrakı mərhələyə saxlanılır. Rusiya bölgədə, iki ölkə arasında problemlemlərin köklü şəkildə həll olunmamasında maraqlıdır. Təbii ki, buda Rusiyanın bölgədə maraqları ilə bağlıdır. Belə düşünürlər ki, iki ölkə arasında davamlı sülhün əldə olunması, problemin həllli artıq Rusiyanın bölgədə hərbi, siyasi iştirakına da ehtiyac yaratmayacaq. Bu təklif Ermənistanın qərbyönümlü hakimiyəti tərəfindən də qəbul edilib. Baş nazir və digər rəsmilər Rusiyanın təklif etdiyi sülh paketini qəbul etdiyini bildiribləlr. Bu təklif Qərb tərəfindən, xüsusən də ABŞ tərəfindən xoş qarşılanmayıb. Qərb, ABŞ davamlı sülhün bərqərar olmasında maraqlıdır. Çünki gərginlik Rusiyanın, İranın maraqlarına xidmət edir”.
M.Məmmədli qeyd edib ki, bütün göstərilən siyasi mənzərənin fonunda nəzərə almaq lazmıdır ki, iki ölkə rəsmilərinin görüşü planlaşdırılsa da, görüşün vaxtı, qrafiki dəqiqləşməyib. Onun sözlərinə görə, bütün hallarda belə bir vaxtda Rusiya prezidentinin İrəvana gəlməsi Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etməsi, qarşıdakı Brüssel görüşünə təsir etmək baxımından təhlil oluna bilər. (HAfta.az)
Tahirə Qafarlı
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi