"Ermənilər son danışıqlar prosesindən nəticə çıxartmasa..."

22:37 24-11-2022 | icon 439 | Qarabağ
"Ermənilər son danışıqlar prosesindən nəticə çıxartmasa..."

 

Dünyada müharibə gərginliyi yaradan bir sıra dövlətlər Azərbaycanı sanki yenidən düşünülmüş müharibəyə təhrik edirlər. Azərbaycan 44 günlük savaşdan sonra ötən iki il ərzində 10 noyabr üçtərəfli sazişinin müddüəlarına əsasən götürdüyü öhtəlikləri yerinə yetirsə də, Rusiya və Ermənistan həmin sazişin bəndlərini icra etmir, əksinə müxtəlif “çərçivə sazişi” bəyanatı, “statusun gələcək nəsillərə ötürülməsi” təklifləri, cinayətkar Araik Arutnuyanın Xankəndində “rus mərkəzi”nin açılışında iştirakı,  Ermənistanın sərhəddə atəşkəsi pozması ilə heç bir hüquqa və öhtəliyə məhəl qoymadıqlarını nümayiş etdirirlər. Bu vəziyyət son Soçi danışıqlarına zidd olmaqla yanaşı, Brüsseldə əldə olunan razılaşmaların və Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Brüsseldə növbəti görüşünün keçirilməsi proqramına daban-dabana ziddir. Belə bir vaxtda Ermənistan hərbçiləri sərhəd boyu Azərbaycan silahlı qüvvələrinin bölmələrini atəşə tutmaqda davam edirlər.

Məhz növbəti Brüssel görüşü ərəfəsində regionda və sərhəddə ermənilərin atəşkəsi pozması və tərəflərin səsləndirdiyi bəyanatlar nədən xəbər verir?

 

 

Versus.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli Ermənistanın heç bir zaman münaqişənin həll olunmasında maraqlı olmadığını bildirib. 100 ildən artıqdır ki, Ermənistanın soyqırım, işğal siyasəti həyata keçirdiyini xatırladan ekspert, ermənilərin bu gün də həmin düşmən mövqedə olduqlarını önə çəkib.

 

Ekspert qeyd edib ki, Ermənistn istər çar, istər bolşevik Rusiyası dövründə heç vaxt müstəqil siyasət apara bilməyib. Hər zaman kiməsə alət olub və böyük dövlətlər ondan Azərbaycana qarşı istifadə ediblər.

“Ermənilərin yaratdığı “Daşnaqsütun”un ideyası türklərə, Azərbaycana qarşı qisasçılıq üzərində qurulub.  Onlar Azərbaycan torpaqları üzərində böyük Ermənistan xülyası ilə yaşayırlar. Azərbaycan torpaqları üzərində işğal və qəsbikarlıq siyasətini yürüdən Ermənistan öz havadarlarının dəstəyi ilə eyni proqramı davam etdirmək istəyirlər”.

 

Hər dəfə aparılan danışıqlar münaqişənin həllinə yaxınlaşanda ermənilər vəziyyəti gərginləşdirməklə sülh prosesini ləngidiblər.

 

“Avropa Birliyi çalışırdı ki, bu ilin sonuna qədər  sülh sazişi imzalansın. ABŞ, Avropa Birliyi, Rusiya bu istiqamətdə müəyyən danışıqlar aparır. Fransa başda olmaqla, dünyanın bir çox ölkələrində olan erməni lobbiləri bu danışıqları pozamaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Təəssüflər olsun ki, qonşu dövlətlər İran və Rusiya bu və ya digər formada ermənilərə dəstək olur.  Sərhəddə törədilən təxribatlar da sülh sazişinin bağlanmasına qarşı yönəlib, gərginliyin yaradılması ilə tərəflərin hələ ki, sülhə hazır olmadığını  qabartmağa çalışırlar.

Ermənistan rəsmiləri bir gün "çərçivə sazişi" deyir, bir gün  sülh sazişinə elə maddələr əlavə edirlər ki, bu heç cür qəbul edilə bilməz və beynəlxalq hüquqa ziddir. Bunun da məsuliyyəti Ermənistan siyasi -hərbi hakimiyyətinin üzərindədir. Əgər Ermənistan bu təxribatlarından əl çəkməsə, Dəmir Yumruq daha sərt, daha ağır olacaq”

 

 

E.Həsənli xatırladıb ki, Azərbaycan Ordusunun 2016-cı ilin aprel ayında ermənilərə vurduğu zərbə ilə  2020-ci ilin sentyabrın 27-də  verdiyi cəzanı müqayisə edəndə, sonunci daha ağır oldu. Ekspert hesab edir ki, Ermənistan bu dəfə də ağır zərbə ala bilər.

 

“Azərbaycan sülh danışıqlarının heç bir nəticə vermədiyini və dünyanın məsələyə ikilistandartlı yanaşdığını görüb iki il əvvəl əks hücumla torpaqlarını necə azad etdisə, bu təcrübədən yenə də istifadə edə bilər.

Çünki biz gördük ki, illərlə davam edən danışıqlar ermənilərin və havadarlarının imitasiyasıdır. Gördük ki, ATƏT-in Minsk Qrupu üzvləri, BMT TŞ-nın daimi üzvləri öz qərarlarına hörmət etmirlər. Və gördülər ki, Azərbaycan öz imzasına hörmət etməyənlərin dərsini verməyi bacarır. Azərbaycan dövləti, Ordumuz prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında böyük bir qələbə əldə etdi. İndi ermənilər son danışıqlar prosesindən nəticə çıxartmasa öz xalqlarını, öz ölkələrinin gələcəyini düşünmədən  avanturist siyasətlərini davam etdirsələr, yenə də cəzalarını alacaqlar. Onlar bu ilin sentyabr ayında törətdiklri təxribata görə hansı cəzanı aldıqlarını unutmamalıdırlar”.

 

E.Həsənli qeyd edib ki, bütün erməni təxribatlarının qarşısı alınır, Azərbaycan ordusu bütün istiqamətlərdə vəziyyətə nəzarət edir və belə davam edərsə, düşmən daha da ağır şəkildə  cəzalandırılacaqdır.

 

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il