“KTMT-nın Ermənistana zaman, vaxt ayırmaq fikri yoxdur”

10:31 29-11-2022 | icon 638 | Geopolitika
“KTMT-nın Ermənistana zaman, vaxt ayırmaq fikri yoxdur”

Elxan Şıxəliyev: "Ermənistan maksimum onları şantaj etmə siyasəti yürüdür"

 

“Ermənistan siyasi hakimiyyəti və əhali bu yanaşma üzərində dayanaraq sanki “müharibədə KTMT bizi dəstəkləmədi” etirazlarını ifadə etdilər və Avropaya yönəldilər. Eləcə də Fransa, Avropa İttifaqı və digər ölkələr Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq üçün bir yola girdilər. Amma hesablamalı idilər ki, Ermənistan iqtisadiyatının 60 faizi Rusiyaya bağlıdır. Yəni istəsələr də belə Ermənistanı Rusiyanın forpostundan qoparmaq mümkün deyil”.

 

Bunu Versus.az-a hərbi ekspert Elxan Şıxəliyev bildirib. Onun sözlərinə görə, hələ münaqişənin başlanmasına qədər Ermənistan tərəfi təxribatları məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxayın olaraq törədirdi. Müharibənin gedişatından sonrakı mərhələdə Rusiya prezidenti Vladimr Putin demişdi ki, Qarabağ da daxil bu ərazilər Azərbaycana məxsusdur. Ona görə hər hansı ölkəyə hücum KTMT-nin müdaxilə edəcəyi məsələ deyil. 

 

Ekspert KTMT-yə daxil olan ölkələrin, xüsusən də Belarusun, Qazaxısatan prezidentlərinin sülh sazişi yönündə Ermənistanın atacağı addımlarla bağlı məsləhətləşmələr elədikərini önə çəkdilər.

 

KTMT üzv dövlətləri belə qərara gəldilər ki, Ermənistan Azərbaycanla sülhə gedəcəksə, KTMT-ni Azərbaycana qarşı qoymaqdansa təklif olunan  variantları seçərək irəliləməlidir:

 

“Heç bir bəyanat və deklorasiya qəbul olunmadı.  KTMT-nin Ermənistana yardım etməsi üzərinə bir bəyanat imzalanmalı idi. O da Ermənistan tərəfindən qəbul olunmadı.

KTMT -yə daxil olan ölkələrin rəhbərlərinin Azərbaycana və rəhbərinə münasibəti daha istidir, nəinki Ermənistana.  Çünki Ermənistan hiyləgərliyi ikili oynaması, burda küsüb Fransaya yönəlmə, gələcəkdə lazım olsa təzədən Rusiyaya tərəf getmə siyasəti yürüdür. Xisləti bu olduğuna görə Ermənistan xalqı, hakimiyyəti ciddi qəbul olunmur.

Ermənistan maksimum KTMT-dən faydalanma, onları şantaj etmə siyasəti yürüdür. Mesaj verirlər ki, ya sahiblənin, ya sizdən qopa bilərik. Rusiya Ermənistanın ciddi qəbul etmədiyi üçün, indi də məcbur edəcək ki, Azərbaycana münasibətlərinə korrektə etsin. KTMT dövlətlərinin kifayət qədər problemləri var və Ermənistana zaman vaxt ayırmaq fikri yoxdur”.

 

E.Şıxəliyev bildirib ki, Ermənistanın bu toplantıda ümidləri puça çıxdı və yenidən Azərbaycanla masaya oturmaq üçün şərt və variantlar axtaracaqlar:

 

“Rusiya Ermənistan erkən sülh sazişinə getməyə təşviq edəcək.   Ermənistan artıq Azərbaycanla yol xəritəsini verməyə məcbur olacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il