“Sülh platforması kimi layihələrlə işğal faktının unutdurulması məqsədi güdülür”
“Torpaqlarımız işğal altında olduğu halda bizi nə ilə və kiminlə barışdırmaq istəyirlər?”
““Ermənistan – Azərbaycan arasında sülh naminə Platforma” xeyrimizə deyil. Bu, ancaq Ermənistanın maraqlarına xidmət edir”.
Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcəyi iddia edilən “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nın əhəmiyyəti ilə bağlı açıqlamasında deyib. O, “Torpaqlarımız işğal altında olduğu halda bizi nə ilə və kiminlə barışdırmaq istəyirlər. Hansı sülhün yaradılmasından danışılır”- deyə, ictimaiyyətə sual ünvanlayıb. Partiya sədri eyni zamanda bugünkü şəraitdə sülh yaratmaq adı ilə düşmənlə əməkdaşlıq edilməsini yalnız işğalçı və onların havadarlarının istəklərinə cavab verdiyini deyib.
Partiya sədri Sülh platforması ilə bağlı bir sıra məsələlərin üzərində dayanaraq, xüsusilə “Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atmalıdır” bəndinə toxunub. Bildirib ki, xalqları yalnız torpaqların işğaldan azad edilməsi və bundan sonra regionda təhlükəsizliyin bərqərar olması özü yaxınlaşdıracaq:
“Mənim torpaqlarım işğal altında ola-ola hansı barışdırıcı cəhdlərdən söz gedə bilər? Bu, Azərbaycan xalqının başının altına yastıq qoyan çox təhlükəli bir siyasətdir”.
F.Əliyev əlimizdə real faktlar ola-ola bunlardan istifadə edə bilmədiyimizi təəssüflə önə çəkib. O, Sülh platformaları kimi layihələrlə işğal faktının unutdurulması məqsədinin güdüldüyünü deyib:
“Bu yaxınlarda yenə də yığışdılar və dərhal sonra bir erməni də Bakiya səfərə gəldi, niyə? Biz kimə və nəyi göstərmək istəyirik? Məncə, orada istrak edən Azərbaycan tərəfi də bu sualların cavabını bilmir. Mən sorusuram – Azəraycanda vaxtilə yasayan erməniləri Bakıya gətirməkdə məqsədiniz nədir? Niyə vaxtilə Ermənistanda yasayan və bu gün ölkəmizdə qaçqın olan azərbaycanlıları Ermənistana aparmırsınız? Amma statistikaya qöra, hazırda Azərbaycanda 60 mindan cox erməni yaşayır. Elə bunları çəkib dünyaya göstərsəniz yetər. Daha dığaları Azərbaycana gətirib gəzdirməyə nə ehtiyac var? Ermənistan mono respublikadır və orda nəin ki, azərbaycanlılar, hec digər millətlər də qalmayıb. Təkrar edirəm ki, bugünki iqtidar Dağlıq Qarabağ məsələsində yanlış siyasət aparır, düzgün təbliğat təşkil etməyib”.
İlahə
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...