“Bunun əsl səbəbkarı yaşadıgımız cəmiyyətdir”
“Siyasilər hər zaman gündəmdə olmadığına görə belə fikirlər formalaşır. Bu mənada, onu nəinki mətbuatda, hətta sosial şəbəkədə görəndə belə, təəccüb və təşviş hissi ilə qarşılamağa başlayırlar. Nəzərə alan yoxdur ki, bunun əsl səbəbkarı yaşadıgımız cəmiyyətdir”.
Bunu Versus.Az-a keçmiş deputat, müxalifətçi Zəminə Dünyamalıyeva fəaliyyətsiz olan keçmiş siyasi müxalifət liderlərinin son vaxtlar ara-sıra mediada görünməsi ilə bağlı ictimai-siyasi kluarlarda yaranan birmənalı olmayan mülahizələrə açıqlamasında bildirib:
“Bu insanlar normalda cəmiyyətin aparıcı qüvvələridir və nəyə görə maraq və təşvişlə qarşılanmalarının özü sual doğurur”.
Z.Dünyamalıyeva bu mənada Liberal Partiyasının keçmiş sədri Lalə Şövkətin qəzet və saytlarda gündəmə gətirilməsində də qeyri-adi nəsə görmədiyini deyib. Özü isə L.Şövkətin gündəmə gətirilməsini onun doğum günü ilə əlaqələndirib:
“Mən də sosial şəbəkədə onu təbrik etdim və paylaşdım”.
Fəaliyyəti olmayan siyasətçinin təkcə “rəngarənglik” üçün “dirildilməsi”nin bütöv cəmiyyət üçün yararsız addım sayılaraq hansısa maraqlı oyunlarla əlaqələndirilməsi fikirlərinə gəlincə, Z.Dünyamalıyeva bu çür yanaşmaları qəbul etmədiyini bildirib:
“Əgər siyasətçiyə fəaliyyəti ilə gündəmdə qalması üçün şərait yaradılmırsa, o, siyasətdə öz məqamını gözləmək məcburiyyətində qalır”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...